1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Yay məktəbi başa çatıb
04.08.2017 / No29

 

 

 


“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində artıq ikinci ildir ki, həyata keçirilən “Təhsil avtobusu-2017” yay məktəbi layihəsi başa çatıb.

İyulun 24-dən start verilən layihə çərçivəsində Bakı, Quba, Masallı, Sabirabad, Gəncə, Mingəçevir, Zaqatala, İsmayıllı, Bakı şəhər və rayonlarında tələbələr üçün hər biri bir gün olmaqla yay məktəbləri təşkil olunub. Yay məktəblərində sözügedən bölgələrdən orta ixtisas və ali təhsil müəssisələrinin akademik göstəriciləri orta olan 200-ə yaxın tələbə iştirak edib.

Layihə müddətində tələbələr “Biznesə necə başlamalı”, “İKT Karyerası”, “My Future is STEAM”, “Sığortalanan gələcək” adlı təlimlərdə iştirak ediblər. Həmçinin, tələbələr “Nə? Harada? Nə zaman?” intellektual oyununa qatılıblar.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.

2016-cı ildə keçirilən proqram nəticəsində 8 gün ərzində 2000 km yol qət edilib, Bakı və 4 rayonun (Lənkəran, Quba, Gəncə və Şəki) məktəblərindən 200-dən çox şagird seçilib, təlimçi və ekspertlər tərəfindən 100 akademik saat təhsil proqramı və komanda-öyrədici oyunları keçirilib.

Yay məktəbi Təhsil Nazirliyi, “Engin” LTD MMC, “Kapital Bank”ın təşkilatçılığı, “Bakcell”, “Qala Express” MMC, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Edutainment.az”, “İstək” liseyi, “SABAH” qrupları, “Şərq-Qərb” Nəşriyyat və Poliqrafiya Evi, “Təhsil TV” və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə keçirilir.

Layihənin rəsmi informasiya dəstəkçiləri “ARB TV” və “Təhsil TV”-dir.

yuxarı ⤴