1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub
04.08.2017 / No29

 
 

 

 


Fransa-Azərbaycan Universitetinə (UFAZ) keçirilmiş qəbul imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzinin mərkəzləşdirilmiş qaydada keçirdiyi qəbul imtahanlarında I qrup üzrə 500-dən çox bal toplayan və UFAZ-a qəbul olunmaq üçün müraciət etmiş 428 abituriyentdən 148 nəfəri UFAZ-ın tələbəsi adını qazanmaq üçün imtahanları müvəffəqiyyətlə verib. Onlardan 120 nəfəri ödənişsiz, 28 nəfəri isə ödənişli əsaslarla UFAZ-da təhsil almaq hüququ qazanıblar.

UFAZ-a qəbul imtahanlarında iştirak etmiş, lakin müvəffəqiyyət qazanmamış abituriyentlər Dövlət İmtahan Mərkəzinin mərkəzləşdirilmiş qəbul imtahanlarında topladığı bala müvafiq olaraq respublikanın ali məktəblərinə qəbul olmaq üçün sənədlərini təqdim etmək hüququnu özlərində saxlayırlar.

Qəbul imtahanlarında müvəffəqiyyət qazanmış abituriyentlər Fransa-Azərbaycan Universitetində təhsil almaq istədiklərini təsdiqlədikdən sonra UFAZ-ın tələbəsi statusunu qazanacaqlar. Fransa-Azərbaycan Universitetinə qəbul imtahanlarında müvəffəqiyyət əldə etmiş tələbələrdən hər hansı biri əgər burada təhsil almaq istəyini təsdiqləməzsə, sıra ilə növbəti yaxşı nəticəni göstərmiş abituriyent UFAZ-ın tələbəsi olmaq imkanı əldə edir.

Xatırladaq ki, UFAZ-da hər bir ixtisas üzrə 120 dövlət sifarişli və 40 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur.

UFAZ-a qəbul imtahanlarının sualları Strasburq Universitetinin nümayəndələri tərəfindən hazırlanıb. Abituriyentlərin biliklərini də fransalı alim və pedaqoqlar qiymətləndiriblər.

UFAZ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb. UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU, neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr Renn 1 Universiteti və ADNSU) alacaqlar.

UFAZ-a ilk tələbə qəbulu 2016-2017-ci tədris ilində həyata keçirilib. Hazırda UFAZ-da 141 tələbə təhsil alır. Ötən illə müqayisədə bu il UFAZ-a qəbul olmaq üçün müraciət edən abituriyentlərin sayı təqribən 40%-dən artıq yüksəlib.

yuxarı ⤴