1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti 2017-2018-ci tədris ilində aşağıda göstərilən ixtisaslar üzrə yenidənhazırlanma təhsili almaq üçün dinləyici qəbulu elan edir
04.08.2017 / No29

 
 

 

 


- Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (Azərbaycan bölməsi);
- Riyaziyyat müəllimliyi (Azərbaycan bölməsi);
- Fizika müəllimliyi (Azərbaycan bölməsi);
- İnformatika müəllimliyi (Azərbaycan bölməsi);
- Kimya müəllimliyi (Azərbaycan bölməsi);
- Biologiya müəllimliyi (Azərbaycan bölməsi);
- Tarix müəllimliyi (Azərbaycan bölməsi);
- Coğrafiya müəllimliyi (Azərbaycan bölməsi);
- İbtidai sinif müəllimliyi (Azərbaycan bölməsi);
- Təhsildə sosial-psixoloji xidmət (Azərbaycan bölməsi);
- Məktəbəqədər təlim və tərbiyə (Azərbaycan bölməsi).
Təhsil forması: əyani
Təhsil ödənişlidir.

Qəbul olunmaq istəyənlər bu sənədləri təqdim etməlidirlər:
- rektorun adına ərizə;
- şəxsiyyət vəsiqəsinin surəti (4 nüsxə);
- ali təhsil haqqında sənədin, diplomun surəti (4 nüsxə);
- diploma əlavənin surəti (4 nüsxə);
- əmək kitabçasının surəti (4 nüsxə);
- 4 ədəd fotoşəkil( 3x4 sm ölçüdə);
- sağlamlıq haqqında arayış;
- yaşayış yerindən arayış.

Sənədlər 25 sentyabr 2017-ci il tarixə qədər (şənbə və bazar günlərindən başqa) saat 9.00-dan 18.00-dək ADPU-nun II tədris binasında (otaq 710) qəbul edilir.
Dərslər 1 noyabr 2017-ci il tarixdən başlanır.
Məzunlara təhsil aldıqları ixtisaslar üzrə vahid formalı dövlət sənədi-diplom verilir.

Ünvan: Bakı şəhəri,akademik Həsən Əliyev küçəsi, 104. ADPU-nun II tədris binası.
Telefon: (+99412) 465- 29-76

REKTORLUQ

yuxarı ⤴