1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
Təhsil müəssisələrinin adlarının dəyişdirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
06.08.2016/№30

 

 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları”nın 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2016-cı il tarixli 17/17/1718-11 nömrəli razılığını və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci maddəsini rəhbər tutaraq
 

ƏMR EDİRƏM:


1. Aşağıda adları qeyd olunan təhsil müəssisələrinin adları yeni redaksiyada verilsin:
1. Sumqayıt şəhər Fars-ingilis təmayüllü orta internat məktəbi - Sumqayıt şəhər internat tipli gimnaziya
2. Sumqayıt şəhər general M.Əsədov adına Tam orta internat məktəbi - Sumqayıt şəhəri general M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziya
3. Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi internat məktəbi - Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya
4. Gəncə şəhər Sanatoriya tipli internat məktəbi - Gəncə şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya
5. Goranboy şəhər R.Ağakişiyev adına Ümumi orta internat məktəbi - Goranboy şəhər R.Ağakişiyev adına İnteqrasiya təlimli internat tipli gimnaziya
6. Zaqatala şəhər İnternat məktəbi - Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya
7. Salyan şəhər A.Səfərov adına Ümumi orta internat məktəbi - Salyan şəhər A.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya
8. Siyəzən şəhər Ümumi orta internat məktəbi - Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya
9. Balakən rayonu Ümumi orta internat məktəbi - Balakən rayonu İnteqrasiya təlimli internat tipli gimnaziya
10. Mingəçevir şəhər Tam orta internat məktəbi - Mingəçevir şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya
11. Neftçala şəhər M.Səfərov adına İnternat məktəbi - Neftçala şəhər M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya
12. Lerik şəhər V.İbrahimov adına Tam orta internat məktəbi - Lerik şəhər V.İbrahimov adına İnteqrasiya təlimli internat tipli gimnaziya
13. Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi internat məktəbi - Lənkəran şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya
14. Göyçay şəhər S.Vurğun adına Tam orta internat məktəbi - Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziya
15. Tovuz rayonu Qovlar şəhər Qarışıq tipli tam orta internat məktəbi - Tovuz rayonu Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya
16. Şəki şəhər Qarışıq tipli internat məktəbi - Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya
17. Bərdə şəhər R.N.Musayev adına (inklüziv komponentli) günüuzadılmış ümumtəhsil orta məktəbi - Bərdə şəhər R.N.Musayev adına İnteqrasiya təlimli internat tipli gimnaziya.
2. Hüquq şöbəsinə (S.Kazımov) və De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə (M.Hacıyeva) tapşırılsın ki, qeyd olunan müəssisələrin adlarının dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi üçün 5 (beş) gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edilsin.
3. Yuxarıda adları göstərilən müəssisə rəhbərlərinə tapşırılsın ki, müəssisənin yeni adına uyğun Nizamnaməsinin müəyyən olunmuş qaydalar üzrə aidiyyəti dövlət orqanında qeydiyyatdan keçirilməsini, möhür və ştampın hazırlanmasını təmin etsinlər.
4. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Nazirliyin internet saytında yerləşdirilməsini və bu əmrin 1-ci bəndində qeyd olunan müəssisələrə çatdırılmasını təmin etsin.
5. Əmrin icrasına nəzarət Aparat rəhbərinə (M.Eynullayev) həvalə olunsun.
 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
28 iyul 2016-cı il

yuxarı ⤴