1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.03.2017

// 18.03.2017

// 18.03.2017

XXXI Yay Olimpiya Oyunları başladı
06.08.2016/№30

 

 


Ötən gecə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına rəsmən start verilib. Açılış mərasimi Bakı vaxtı ilə saat 03:00-da başlayıb.
XXXI Yay Olimpiya Oyunlarında 206 ölkədən 11 min idmançı 306 dəst medal uğrunda mübarizə aparır. Yarışlar “Marakana” stadionu, Sambodrom meydanı, Joao Avelanj adına Olimpiya Stadionu, “Flamengo Park”, Rio-de-Janeyro Sərgi Mərkəzi, Mane Qarrinça Milli Stadionu, HSBC Arena, Rodrigu-di-Freytaş Su Anbarı, Rio Olimpiya Arenası, “Pontal” müvəqqəti çimərlik obyekti, Rio Olimpiya Velodromu, Mariya Lenk Su idmanı Mərkəzi, “Gənc Arena”, Tennis Mərkəzində keçiriləcək.
Olimpiadaya ən çox ABŞ idmançı göndərib. Bu ölkə Rio-de-Janeyroda 550 idmançı ilə təmsil olunacaq. Ən az təmsilçi isə Tuvaludandır - 1 idmançı. Azərbaycanı olimpiadada 18 idman növü üzrə 56 idmançı təmsil edir.
Rəsmi açılış ötən gecə olmasa da olimpiadanın futbol matçlarına bundan əvvəl start verilib. Ötən gecə açılış mərasimindən əlavə kamandan oxatma yarışları da keçirilib. Avqustun 6-dan isə digər idman növlərində mübarizəyə start veriləcək.
Dörd ilin yarışı ilə ən tez vidalaşacaq idmançılar şosse velosipedində qüvvəsini sınayanlar olacaq. Adıçəkilən yarış avqustun 10-da yekunlaşacaq. Ən qısa müddətli yarışlar isə dağ velosipedi, üzgüçülük, batut gimnastikası və triatlon olacaq. Bu idman növləri üzrə yarışlar 2 gün davam edəcək. Avqustun 6-dan olimpiadanın son gününə qədər davam edəcək yarışlar isə basketbol, boks, həndbol və voleybol üzrə olacaq.
“Rio-2016” avqustun 21-də başa çatacaq.
 

yuxarı ⤴