1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
“Enactus UNEC” Azərbaycanı dünya çempionatında təmsil edəcək
11.08.2017 / No30

 
 

 

 


UNEC tələbələri “Enactus” beynəlxalq proqramının “World Cup” yarışına vəsiqə qazanıblar.

“Enactus Azərbaycan” XII Milli Yarışının yekun nəticəsinə əsasən birinciliyə layiq görülən UNEC komandası dünya kubokunun sahibi olmaq üçün 36 ölkənin təmsilçisi ilə mübarizə aparacaq. “Enactus” proqramı üzrə qaliblər innovativ yanaşma, layihələrin sosial effekti, ekoloji standartların qorunması, biznes-etikanın gözlənilməsi, maliyyə idarəçiliyi, nitq qabiliyyəti, təşkilatçılıq və digər meyarlar əsasında müəyyən edilir.

Tələbələr arasında sahibkarlıq fəaliyyətini inkişaf etdirmək və gələcəyin sahibkarlarını yetişdirmək məqsədi daşıyan “Enactus” beynəlxalq proqramının final mərhələsində Azərbaycan təmsilçiləri üç biznes layihə ilə yarışacaqlar. Sentyabrın 26-da Londonda keçiriləcək yarışda “Proboard” (istifadəsiz bannerlərdən proyektor pərdəsinin hazırlanması), “From waste of food to great business” (Qida tullantılarından alınan gübrədən bitkilərin yetişdirilməsi və botanik kafenin yaradılması) və “Misgər” (Sənətkarlıq məhsullarının satışı) biznes layihələrini təqdim edəcəklər.

Qeyd edək ki, Enactus (Entrepreneurial Action Us) beynəlxalq proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub. 1996-cı ildən etibarən dünyanın bir çox ölkələrində proqram üzrə milli yarışlar keçirilməyə başlanılıb və 2001-ci ilin iyul ayında ilk dəfə Londonda Dünya Kuboku yarışı keçirilib. 2005-ci ildən Azərbaycan “Enactus” proqramına qoşulub, Dünya Kubokları yarışlarında iştirak etmək hüququnu qazanıb. Dünya üzrə “Enactus” proqramına 50-yə yaxın ölkə, 1600-dən çox ali təhsil müəssisəsi və 50000-dən çox tələbə qoşulub.

 

yuxarı ⤴