1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Rəsmi xronika
11.08.2017 / No30

 

 

 


* Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yenidən qurulan “Statistika” dairəsinin, Nəriman Nərimanov prospektinin və Abdulla Şaiq küçəsinin açılışında iştirak edib.

* Prezident İlham Əliyev avqustun 9-da Belarus Respublikası Dövlət Sərhəd Komitəsinin sədri Anatoli Lapponu qəbul edib.

* Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri keçirilib. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub, dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

* Ölkə başçısı İlham Əliyev avqustun 7-də Sinqapur Respublikasının Prezidenti Toni Tan Kenq Yama bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

* Avqustun 7-də dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 766 VQ nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

* Prezident İlham Əliyev avqustun 7-də “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 763-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

* Dövlət başçısı İlham Əliyev avqustun 7-də GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında 2002-ci il 20 iyul tarixli Sazişin Razılığa gələn Tərəflərinin fəaliyyətini əlaqələndirən İşçi Orqanın yaradılması və fəaliyyəti Qaydasının təsdiqlənməsi barədə Protokolun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

* Avqustun 7-də ölkə başçısı İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

* Ölkə başçısı İlham Əliyev avqustun 5-də “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.

* Avqustun 5-də Prezident İlham Əliyev Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

 

yuxarı ⤴