1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
“Çin azərbaycanlı tələbələrin gözü ilə”
11.08.2017 / No30

 
 

 

 


Şakir CƏFƏROV

Avqustun 8-də Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Çin azərbaycanlı tələbələrin gözü ilə” adlı tədbir keçirilib. Tədbirdə Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin cəmiyyətinin psixologiyasının formalaşmasının xüsusiyyətləri, çinlilərin düşüncələrində konfutsiçiliyin və ənənələrin rolundan, eləcə də “Çin arzusu” ideoloji konsepsiyası haqqında danışıb. Bildirib ki, bu konsepsiya Çində milli dirçəliş və ədalətli cəmiyyət quruculuğu barədə çoxəsrlik fikirləri əks etdirir. Onun sözlərinə görə, bu konsepsiyanın əsasında milli vətənpərvərlik ruhu və islahatlar dayanır.

Konfutsi İnstitutunun əməkdaşı Əfsanə Balayeva Azərbaycan-Çin linqvomədəni gənclik düşərgələrində təcrübələr, Çində azərbaycanlı tələbələrin sosial adaptasiyasının xüsusiyyətlərindən söhbət açıb.

Daha sonra ADU-nun psixologiya kafedrasının müəllimi Gülnür Abbasova çinlilərin ənənəvi dəyərləri və müasir dünyada etnopsixologiyanın xüsusiyyətləri haqqında məlumat verib.

ADU-nun tələbələri isə çinlilərin etnik özünüdərki, xüsusilə Çin milli xarakteri, düşüncə tərzi, eyni zamanda, onların milli-psixoloji keyfiyyətləri barədə danışıblar.

yuxarı ⤴