1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

“Yay məktəbi”nin iştirakçıları ilə görüş keçirilib
11.08.2017 / No30

 
 

 

 


“Məktəblinin dostu” pilot layihəsi çərçivəsində təşkil olunan “Yay məktəbi”nin iştirakçıları ilə görüş keçirilib.

Görüşün keçirilməsində əsas məqsəd Azərbaycanda voleybol üzrə qadınlar arasında keçiriləcək 2017-ci il Avropa çempionatını təbliğ etmək, şagirdlərə sağlam həyat tərzini və azarkeşlik mədəniyyətini aşılamaqdan ibarətdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 12 və 95 nömrəli tam orta məktəblərdə təşkil edilmiş görüşdə “Məktəblinin dostu” pilot layihəsinin rəhbəri Rüstəm Ağayev, Azərbaycan Voleybol Federasiyası İdman şöbəsinin rəhbəri Elnur Məmmədov və şagirdlər iştirak ediblər.

Görüş zamanı məktəblilərə qadınlar arasında keçiriləcək 2017-ci il Avropa çempionatı haqqında geniş məlumat verilib. Həmçinin, şagirdlərin voleybol idman növü ilə bağlı bilik səviyyələrini müəyyən edən viktorina keçirilib. Viktorinanın qaliblərinə çempionat üçün hazırlanmış suvenirlər təqdim olunub.

Görüşlərin “Yay məktəbi”nin təşkil olunduğu digər məktəblərdə də keçirilməsi nəzədə tutulur.

Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.
 

yuxarı ⤴