1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Çinin nüfuzlu “CCTV-4” kanalının çəkiliş qrupu Naxçıvan Dövlət Universitetində
11.08.2017 / No30

 
 

 

 


Çinin nüfuzlu “CCTV-4” kanalı ənənəvi “Homeland, Dreamland”-yəni “Vətən - xəyallar ölkəsi” adlı səyahət mövzulu verilişin növbəti sayının çəkilişi üçün Azərbaycanı seçib. Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasının qonağı olan çəkiliş qrupu Naxçıvan Dövlət Universitetinə də gəlib.

Tədris işləri üzrə prorektor Surə Seyid qonaqları bu ali təhsil ocağında görməkdən məmnun olduğunu ifadə edərək 50 illik yubileyini qeyd edən universitetin tarixi inkişaf yolu və beynəlxalq əlaqələri haqqında məlumat verib. Vurğulanıb ki, 300 xarici tələbənin təhsil aldığı Naxçıvan Dövlət Universitetində 6000-ə yaxın tələbə kontingenti var. Ali təhsil ocağında 12 fakültə üzrə 58 ixtisas mövcuddur.

İdarəetmə və tədris prosesində elektronlaşmanın sürətlə getdiyini qeyd edən prorektor elektron qaydada təşkil olunan imtahan prosesi haqqında da məlumat verib. Qonaqlar imtahan keçirilən otaqlarda olub, İKT mərkəzinin iş prinsipi ilə də maraqlanıblar. Çəkiliş qrupunun üzvləri media mərkəzi, universitet televiziyası, “Nuhçıxan” radiosunun fəaliyyətindən və universitetdə yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər. Kanalın rejissoru göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edib.

Sonra “Huawei” şirkətinin dəstəyi ilə Çin Respublikasında təcrübə keçən tələbələrlə görüş olub.

yuxarı ⤴