1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
BİTKol müəllimlərin sosial şəraitini yaxşılaşdırır
11.08.2017 / No30

 

 

 


Nofəl Nəbiyev: “Məqsədimiz kəmiyyəti keyfiyyət göstəriciləri ilə əvəz etməkdir”

“2016-2017-ci tədris ilində kollec üzrə tələbələrin dərsə davamiyyəti 92 faiz təşkil edib. Növbəti tədris ilində tələbələrin bilik səviyyəsinin daha da artırılması üçün öncə mövcud tədris planlarında dövrün tələblərinə uyğun olaraq dəyişikliklər etməyi planlaşdırırıq. Fənn birləşmə komissiyalarını yenidən formalaşdıraraq tədrisin keyfiyyətinə təsir edə biləcək struktur hazırlayırıq. Bir sözlə, növbəti tədris ilini çox ciddi şəkildə keçən tədris ilindən fərqləndirmək üçün həm pedaqoji kollektivlə, həm də tədris-köməkçi heyətlə görüləcək işlərimiz çoxdur. Məqsədimiz kəmiyyət göstəricilərini keyfiyyət göstəriciləri ilə əvəz etməkdir”. Bu barədə Bakı İdarəetmə və Texnologiya Kollecinin (BİTKol) tədris işləri üzrə direktor müavini Nofəl Nəbiyev bildirib.
N.Nəbiyev kollecdə müəllimlərin attestasiyasının keçirilməsindən də söhbət açıb. Belə ki, 27 may 2017-ci il tarixində müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədi ilə kollec daxili attestasiya keçirib. Onun sözlərinə görə, attestasiyada iştirak edənlərin 10%-i 0-10 bal, 43%-i isə 20 baldan aşağı bal toplayıb: “Göründüyü kimi, nəticələr heç də ürəkaçan deyil. Hesab edirik ki, daxili qiymətləndirmə müəllimlərin tədris prosesinə marağını artıracaq, onları inkişafa vadar edəcək. Bunun üçün kollec rəhbərliyi qarşıdan gələn tədris ilində hər bir müəllimin öz bilik səviyyəsinə görə kollecin büdcədənkənar vəsaiti hesabına əməkhaqqına əlavə olunmasını planlaşdırıb. Ümumilikdə müəllim heyətinin bilik səviyyəsinin aşağı olması bizi məcbur edir ki, onların müvafiq hazırlığı ilə məşğul olaq. Bu il 9 illik bazadan qəbul olunacaq tələbələrin yeni kurikulum sistemi ilə təhsil aldıqlarını nəzərə alsaq, müəllimlərimizin də bu sahədə müəyyən təlimlər keçməsinə ehtiyac yaranır”.

Kollecdə başa vurulan tədris ilinin imtahan sessiyalarında bütün neqativ hallara son qoyulduğunu, tam şəffaflıq təmin edildiyini dilə gətirən N.Nəbiyev müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün təhsil müəssisəsində görülən işlərdən də söhbət açıb: “Büdcədənkənar vəsait hesabına 275.000 manat vəsait müəllimlərin əməkhaqqına əlavə və yaxud mükafat formasında köçürülüb. Rəhbərlik tərəfindən artıq növbəti tədris ilində attestasiyadan yüksək bal toplayan müəllimlərin büdcədənkənar vəsait hesabına əməkhaqlarının 450-500 manat səviyyəsinə çatdırılması planlaşdırılır. Müəllimlərin sosial şəraitinin yaxşılaşdırılmasına ünvanlanmış iş hazırda yeni mərhələyə qədəm qoyur. Daxili attestasiyanın nəticələrinə əsasən müxtəlif ballar toplamış pedaqoji heyətin əməkhaqlarına əlavəsi diferensiallaşdırılmış formada həyata keçirilir”.

Direktor müavini ötən ay kolleclə “Bitkol+OM” MMC arasında birgə fəaliyyət haqqında müqavilənin imzalanmasına da diqqət çəkib. Bildirib ki, birgə fəaliyyətin qurulmasında məqsəd kollecin qanunvericilik çərçivəsində ödənişli əsaslarla istehsalatla əlaqələr yaratmaqdır. Bununla da pedaqoji heyətin rifah halının daha da yaxşılaşdırılmasına, tələbələrin təcrübi biliklərinin artırılmasına və son nəticədə onların ixtisaslı mütəxəssis kimi əmək bazarına çıxarılmasına nail olmaq mümkündür.

N.Nəbiyev Auditorlar Palatasının kollecdə yoxlama aparmasına da toxunub. Auditorlar Palatasının yoxlaması nəticəsində kollecin inzibati sektorunda çox ciddi çatışmazlıq və pozuntular aşkar olunub. Bu səbəbdən də Respublika Baş Prokurorluğuna müraciət edilib. Onun sözlərinə görə, hazırda Baş Prokurorluğun Korrupsiya İdarəsi kompleks yoxlamaya başlayıb.
 

yuxarı ⤴