1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Elm xəbərləri
11.08.2017 / No30

 
 

 

 


Kompüteri gözlə idarə etmək mümkün olacaq

Yusif ƏLİYEV

Onurğa sütunu xəstəliklərindən əziyyət çəkən istifadəçilərə kompüteri idarə etməyə kömək edən “Eye Control” funksiyası “Windows 10” əməliyyat sistemi tətbiq ediləcək. “Windows Insiders” proqramının iştirakçıları artıq yeniliyi sınaqdan keçirə bilərlər. Yeni funksiya rəsmən cari ilin payızında “Windows 10 Creators Update” ilə birgə əlçatan olacaq.

www.nanonewsnet.ru  saytının məlumatına görə, “Eye Control”un bəzi funksiyaları mausu, digərləri isə klaviaturanı əvəz etmək üçün nəzərdə tutulub. “Shape-writing” adlı yeni tanıma üsulu mətni gözlərin hərəkəti ilə sürətli daxil etməyə imkan verir: virtual klaviaturaya baxan istifadəçi baxışını sözün birinci hərfinin üzərində saxlayır, bundan sonra gözü ilə növbəti simvolları bir-bir daxil edir. Bu, hərfləri bir-bir daxil etməkdən (istifadəçi öz baxışını hər bir hərf üzərində saxlamalıdır) daha səmərəlidir. Həmçinin “Eye Control” istifadəçilərinə əlçatan olan xatırlatmalar sayəsində mətnin göz ilə daxil edilməsi prosesi daha da asanlaşır.

“Windows 10” sistemində yeni funksiyalardan istifadə etmək üçün “Tobii” şirkətinin “Eye Tracker 4C” kontroller kamerasını əldə etmək lazımdır.

Qeyd edək ki, “Eye Control” sistemi “Microsoft” şirkətinin bir qrup mütəxəssisi tərəfindən hazırlanıb. Layihəyə 2014-cü ildə keçirilən hakatonda start verilib. Müsabiqə zamanı hakimlər qalibləri 3000 layihə arasından seçiblər. Şirkətin rəhbəri Satya Nadella əsas mükafatı “Eye Control”a əsaslanan texnologiyanın yaradıcılarına təqdim edib.

İstehsalçıları bu layihəyə onurğa sütunu xəstəliyindən əziyyət çəkən, keçmiş amerikan futbolçusu Stiv Qlisonun məktubu ilhamlandırıb. O, məktubunda istehsalçıları fiziki imkanları məhdud insanların həyat fəaliyyətini yaxşılaşdırmaq üçün yeni texnoloji həllər yaratmağa çağırıb.


İdeal selfi üçün proqram hazırlanıb

Kanadanın Vaterloo Universitetinin alimləri ideal selfi çəkməyə kömək edən proqram hazırlayıblar. Bu, istifadəçini kameranı bütün mümkün şəkillərdən ən yaxşısının alınacağı yerdə quraşdırmağa yönəldən alqoritmdir.

www.futurist.ru  saytının məlumatına görə, alimlər alqoritm üzərində işləyərkən orta statistik insanların rəqəmsal 3D-skanlarını alıblar. Onlar smartfonun virtual kamerası və kompüter işıqlandırmasını idarə etmək üçün kodları yazaraq yüzlərlə “virtual şəkil” yaradıblar. Bu, kompozisiyanın müxtəlif prinsiplərini, həmçinin sifətin vəziyyəti və ölçülərini, işıqlandırmanın istiqamətini öyrənməyə imkan verib.

Bundan sonra minlərlə insan kraudsorsinq onlayn xidmətinin köməyilə ən yaxşı virtual fotolarını seçiblər. Alimlər səsvermə şablonunun riyazi modelini yaradıblar ki, bu da insanlara daha uğurlu fotolar əldə etməyə kömək edəcək alqoritmi hazırlamağa imkan verib.

Daha sonra real istifadəçilər öncə standart kamera proqramının, sonra isə yeni proqramın köməyilə selfi çəkiblər. Alimlər onlayn reytinqlərə əsaslanaraq, belə nəticəyə gəliblər ki, yeni proqram selfini 26 faiz yaxşılaşdırıb.

İKT.az saytının materialları əsasında

yuxarı ⤴