1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Kompüteri gözlə idarə etmək mümkün olacaq
11.08.2017 / No30

 

 

 


Yusif ƏLİYEV

Onurğa sütunu xəstəliklərindən əziyyət çəkən istifadəçilərə kompüteri idarə etməyə kömək edən “Eye Control” funksiyası “Windows 10” əməliyyat sistemi tətbiq ediləcək. “Windows Insiders” proqramının iştirakçıları artıq yeniliyi sınaqdan keçirə bilərlər. Yeni funksiya rəsmən cari ilin payızında “Windows 10 Creators Update” ilə birgə əlçatan olacaq.

www.nanonewsnet.ru  saytının məlumatına görə, “Eye Control”un bəzi funksiyaları mausu, digərləri isə klaviaturanı əvəz etmək üçün nəzərdə tutulub. “Shape-writing” adlı yeni tanıma üsulu mətni gözlərin hərəkəti ilə sürətli daxil etməyə imkan verir: virtual klaviaturaya baxan istifadəçi baxışını sözün birinci hərfinin üzərində saxlayır, bundan sonra gözü ilə növbəti simvolları bir-bir daxil edir. Bu, hərfləri bir-bir daxil etməkdən (istifadəçi öz baxışını hər bir hərf üzərində saxlamalıdır) daha səmərəlidir. Həmçinin “Eye Control” istifadəçilərinə əlçatan olan xatırlatmalar sayəsində mətnin göz ilə daxil edilməsi prosesi daha da asanlaşır.

“Windows 10” sistemində yeni funksiyalardan istifadə etmək üçün “Tobii” şirkətinin “Eye Tracker 4C” kontroller kamerasını əldə etmək lazımdır.

Qeyd edək ki, “Eye Control” sistemi “Microsoft” şirkətinin bir qrup mütəxəssisi tərəfindən hazırlanıb. Layihəyə 2014-cü ildə keçirilən hakatonda start verilib. Müsabiqə zamanı hakimlər qalibləri 3000 layihə arasından seçiblər. Şirkətin rəhbəri Satya Nadella əsas mükafatı “Eye Control”a əsaslanan texnologiyanın yaradıcılarına təqdim edib.

İstehsalçıları bu layihəyə onurğa sütunu xəstəliyindən əziyyət çəkən, keçmiş amerikan futbolçusu Stiv Qlisonun məktubu ilhamlandırıb. O, məktubunda istehsalçıları fiziki imkanları məhdud insanların həyat fəaliyyətini yaxşılaşdırmaq üçün yeni texnoloji həllər yaratmağa çağırıb.

yuxarı ⤴