1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
Layihənin işçi qrupunun üzvləri universitet əməkdaşları ilə görüşüblər
13.08.2016/№31

 

 


Avqustun 8-də Təhsil Nazirliyində “Sağlam təhsil - Sağlam millət” layihəsinin işçi qrupu üzvlərinin Azərbaycan Dövlət Pedaqoji, Tibb və “Azərbaycan” universitetlərinin əməkdaşları ilə görüşü keçirilib. Görüşün məqsədi pedaqoji kadr hazırlığında sağlam təhsil prinsiplərinin nəzərə alınması və bu baxımdan tədbirlər planının müzakirəsi olub. Görüşdə Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, universitetin elmi katibi, STSM layihəsinin tibbi-gigiyenik blokunun rəhbəri, professor Hüseyn Qabulov, Tədris-metodik innovasiyalar şöbəsinin müdiri, professor Akif Qurbanov, tibbi profilaktika fakültəsinin dekanı, dosent Aydın Məmmədov, Uşaq və yeniyetmələrin gigiyenası kafedrasının dosenti Nigar Süleymanzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris-metodika şöbəsinin müdiri Sənan Əliyev və universitetin əməkdaşı Şəhla Əhmədova, “Azərbaycan” Universitetinin rektoru Fərid Əhmədov, Milli Təhsil Texnologiyaları Mərkəzinin sədri Şamil Süleymanlı, Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin Pilot layihələrlə İş sektorunun aparıcı məsləhətçisi Afət Süleymanova, “Sağlam təhsil-Sağlam millət” layihəsinin koordinatoru Nigar Şahhüseynbəyova, layihənin psixologiya blokunun rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Aynur Bünyatova, Gender blokunun rəhbəri Şəhla İsmayıl iştirak ediblər.
Görüşdə Təhsil Nazirliyinin “Sağlam təhsil-Sağlam millət” layihəsi çərçivəsində üç il ərzində görülmüş işlər, aparılan tədqiqatlar və gəlinən nəticələrdən danışılıb. Layihənin tətbiqi zamanı rast gəlinən problemlər diqqətə çatdırılıb, bu sırada pedaqoji kadrların hazırlığında mövcud boşluqlardan söz açılıb. Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətinin yüksəldilməsinə nail olmaq üçün müəllim hazırlığına dair STSM layihəsinin işçi qrupu tərəfindən təkliflər verilib. Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Tibb Universitetinin əməkdaşlığı, həmçinin layihə ilə birgə fəaliyyət imkanları müzakirə edilib. Belə əməkdaşlığın təşkili yolları üzərində düşünülüb. Növbəti mərhələdə ayrı-ayrı məsələlər üzrə birgə fəaliyyət planının işlənib hazırlanması nəzərdə tutulur.
 

yuxarı ⤴