1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.03.2017

// 18.03.2017

// 18.03.2017


 

 


Rüstəm Orucov Olimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandırıb

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandası ilk medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, Olimpiadanın cüdo yarışında ölkəmizi təmsil edən Rüstəm Orucov (73 kq) yalnız finalda məğlub olub.
Olimpiadada mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz bu mərhələdə Qazaxıstan təmsilçisi Didar Hamzanı məğlub edib. R.Orucov səkkizdəbir finalda Jake Bensted (Avstraliya) üzərində ipponla qələbə qazanıb. Azərbaycan idmançısı dörddəbir finalda “London-2012” Olimpiya Oyunlarının gümüş mükafatçısı, Macarıstan təmsilçisi Miklos Unqvarini məğlub edib. Yarımfinalda Saqi Muki (İsrail) ilə qarşılaşan R.Orucov görüşü qələbə ilə başa vuraraq finala yüksəlib. Qələbəyə gedən yoldakı sonuncu sınağında yaponiyalı Şohei Onoya uduzan cüdoçumuz XXXI Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub.
AZƏRTAC-ın arayışı: İyirmi beş yaşlı Rüstəm Orucov bu il Kazanda keçirilən Avropa çempionatının şəxsi yarışlarında birinci yeri tutub. O, həmin çempionatda komanda yarışında bürünc mükafatla kifayətlənməli olub. İdmançımız 2011-ci ildə Dünya Kubokunun bürünc mükafatçısı və Avropa Kubokunda ikinci yerin sahibi olub. Cüdoçumuz həmin il Azərbaycanı Şenzen şəhərində keçirilən beynəlxalq yay universiadasında, 2012-ci ildə isə London Yay Olimpiya Oyunlarında təmsil edib. 2012-ci il Bakıdakı Qran-pridə qızıl, 2014-cü il Türkiyənin Samsun şəhərindəki Qran-pri turnirində gümüş medal qazanan R.Orucov ötən il Tbilisidə keçirilən Qran-pridə birinci yeri tutub. İdmançımız bu il Bakıda keçirilən “Böyük dəbilqə” beynəlxalq turnirində bürünc, Almaniyada təşkil olunan Qran-pri turnirində isə gümüş medal qazanıb.
R.Orucov Beynəlxalq Cüdo Federasiyasının reytinq siyahısında ikinci yerdə qərarlaşıb. O, Olimpiya Oyunlarına lisenziyanı Beynəlxalq Cüdo Federasiyasının reytinq cədvəlinə əsasən qazanıb.

Cüdoçumuz Elmar Qasımov “Rio-2016”da gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Elmar Qasımov “Rio-2016”da Azərbaycan millisinin aktivinə ikinci gümüş medalı yazdırıb.
AZƏRTAC xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan E.Qasımov finalda 2014-cü ilin dünya və Avropa çempionu çexiyalı Lukas Krpalekə uduzaraq XXXI Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub.
XXXI Yay Olimpiya Oyunlarının altıncı günündə - avqustun 11-də mübarizəyə qoşulan E.Qasımov 1/16 final mərhələsində Rusiya təmsilçisi, Avropa, dünya və Olimpiya çempionu Tahir Xaybulayevi məğlub edib. Səkkizdəbir finalda Lyes Bouyakoubu (Əlcəzair) mübarizədən kənarlaşdıran E.Qasımov dörddəbir finalda Afrika çempionatının qalibi misirli Ramadan Dərvişi məğlub edərək yarımfinala vəsiqə qazanıb. Azərbaycan idmançısı bu mərhələdə ukraynalı Artem Bloşenkoya qalib gələrək finala yüksəlib.
Rio Olimpiadasında cüdoçularımızdan Rüstəm Orucov (73 kq) avqustun 8-də Azərbaycana gümüş medal qazandırmışdı.
AZƏRTAC-ın arayışı: İyirmi beş yaşlı Elmar Qasımov karyerası ərzində, ümumilikdə, 15-dən çox medala sahib olub. O, 2009-cu ildə Ermənistanda keçirilən gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb. 2014-cü ildə Fransada keçirilən Avropa çempionatında ikinci yeri tutan cüdoçumuz həmin il Rusiyada “Böyük dəbilqə” yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız ötən il Samsunda və Tbilisidə təşkil edilən beynəlxalq Qran-pri turnirlərinin, eləcə də Mərakeşdə və Meksikada usta idmançılar arasında keçirilən yarışların qalibi olub. Cari ildə qatıldığı turnirlərin əksəriyyətində mükafatçılar sırasına düşməyi bacaran E.Qasımov Olimpiya Oyunlarına lisenziyanı Beynəlxalq Cüdo Federasiyasının reytinq cədvəlinə əsasən qazanıb. Cüdoçumuz həmin reytinq cədvəlində 100 kiloqramadək çəki dərəcəsində ilk sırada qərarlaşıb.

Bakıda “Rio-2016” Yay Olimpiya Oyunlarına həsr olunmuş basketbol turniri keçirilib

Bakıda 3x3 basketbolu üzrə növbəti turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda otuz altı komanda mübarizə aparıb. Onlardan dördü peşəkar, iyirmi ikisi həvəskar, onu isə yeniyetmələrdən ibarət kollektiv olub.
Peşəkarlar arasında birinci yerə Amil Həmzəyev, Polad Həsənov və Emin Cəfərovun yer aldığı “Gəncə Fires” komandası sahib çıxıb. Həvəskar komandalar arasında keçirilən yarışda isə “F.6.P” klubu hamıdan güclü olub. Nəhayət, yeniyetmələrin turnirində “Splash brothers” komandası qalib adını qazanıb.
Turnirin gedişində keçirilən “Three Point Contest” müsabiqəsində Anar Həsənov böyüklər, Raul İsmayılov isə yeniyetmələr arasında ən yaxşı nəticəni göstərib. R.İsmayılov həmçinin yeniyetmələr arasında turnirin ən dəyərli oyunçusu seçilib. Böyüklərin yarışında isə bu ada Rüstəm Əliyev layiq görülüb.
Qeyd edək ki, artıq sayca səkkizinci dəfə keçirilən turnir “3x3 Azərbaycan” layihəsinin bir illiyinə və Rio Yay Olimpiya Oyunlarına həsr olunub.
yuxarı ⤴