1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinə start verilib
18.08.2017 / No31

 

 

 


Məktəb və müəllimlər yeni layihələrini reallaşdıracaqlar

Samirə KƏRİMOVA

Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinə start verib. Müsabiqə dövlət ümumi təhsil müəssisələrinə və ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilərə layihə təkliflərini təqdim etməyə şərait və imkan yaradacaq. Bunun üçün müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı mövzularda layihə təkliflərini hazırlaya bilərlər:
• Müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi;
• Pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi;
• Təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması;
• Məktəb-icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişaf etdirilməsi;
• Keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması;
• İstedadlı uşaqlarla işin təşkili;
• Ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) tədris prosesində müasir təlim texnologiyalarının tətbiqi;
• Şagirdlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin artırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili;
• Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması;
• Məktəblərarası əməkdaşlığın inkişafı.

Layihələrin təqdim olunmasına verilən əsas tələblər

Qeyd edək ki, müsabiqəyə iki kateqoriya ( Ümumi təhsil müəssisələri, fərdi) üzrə layihə təklifləri təqdim olunmalıdır. Ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələrilə birgə layihə ilə qatıla bilərlər.

Fərdi kateqoriya üzrə isə müsabiqədə ümumi təhsil müəssisələrində işləyən pedaqoji işçilər müraciət edə bilərlər.

Müsabiqənin tələblərindən biri də ümumi təhsil müəssisələrinin və pedaqoji işçilərin müsabiqəyə yalnız 1 layihə təqdim etməsidir.

İcra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır

Cari ilin avqustun 15-dən layihə təkliflərinin qəbul olunmasına start verilib və sentyabrın 10-da başa çatacaq. Təhsil işçiləri müvafiq sənədləri doldurmaqla layihə təkliflərini grants@edu.gov.az elektron poçtuna göndərməlidirlər.
Sentyabrın 20-dən sonra isə layihələrin icrasına başlanılması nəzərdə tutulur. Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

Müsabiqənin şərtlərinə əsasən, layihə təklifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”ə uyğun hazırlanmalıdır.

Müsabiqəyə təqdim olunacaq layihələrin maliyyələşdirilməsi üçün istənilən məbləğ isə Ümumi təhsil müəssisələri kateqoriyası üzrə 100000 (yüz min), Fərdi kateqoriya üzrə 10000 (on min) manatdan çox olmamaq şərti ilə müəyyənləşdirilib.
Müsabiqə başa çatdıqdan sonra nəticələr Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.
 

yuxarı ⤴