1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Rəsmi xronika
18.08.2017 / No31

 

 

 



* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi, orden və medallarla təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

* Avqustun 16-da ölkə başçısı İlham Əliyev Bakı şəhəri Binəqədi rayonunun Binəqədi, Abşeron rayonunun Mehdiabad və Novxanı qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* Prezident İlham Əliyev avqustun 15-də Bakının “Ağ şəhər” adlanan ərazisində su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* Avqustun 14-də ölkə başçısı İlham Əliyev Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* Avqustun 14-də dövlət başçısı İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

* Ölkə başçısı İlham Əliyev avqustun 14-də Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimbaya bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

* Avqustun 12-də dövlət başçısı İlham Əliyev Alim Həmzə oğlu Qasımovun “Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Prezident İlham Əliyev avqustun 12-də R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə İsgəndəriyyə şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.

* Ölkə başçısı İlham Əliyev avqustun 11-də yüngül atletika üzrə dünya çempionu Ramil Quliyevi yüngül atletika üzrə dünya çempionu adını qazanması münasibətilə təbrik edib.

yuxarı ⤴