1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Yeniyetmələr “Şahinlər” yay istirahət düşərgəsinə yola düşüblər
18.08.2017 / No31

 
 

 

 


Sifai SƏFƏROVA

Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkilini diqqət mərkəzində saxlayan Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hər il olduğu kimi, bu ildə bu istiqamətdə bir sıra tədbirlər planı hazırlanıb. Qeyd edək ki, Qusar rayonundakı “N” saylı hərbi hissədə yaradılan “Gənc Heydərçilər” düşərgəsində 150 yeniyetmə istirahət edərək evlərinə dönüb.

Növbəti tədbir isə paytaxtımızın mərkəzindəki “Sahil bağı”nda təşkil olunub. Ənənəvi aksiyanı reallaşdırmaq məqsədilə Səbail Rayon İcra Hakimiyyəti və Daxili Qoşunlar Komandanlığının artıq XII dəfə həyata keçirdiyi birgə layihəsi əsasında təşkil olunan "Şahinlər" yay istirahət düşərgəsinə yeniyetmələrin yola salınma mərasimi keçirilib. Qubada Daxili Qoşunların “N” saylı hərbi hissəsində yaradılan hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə hər il rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, Daxili Qoşunların zabitlərinin övladları, həmçinin “SOS-Azərbaycan” uşaq kəndində tərbiyə alan, ümumilikdə 200 yeniyetmə yola salınıb.

Tədbir Daxili Qoşunların hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət himninin ifası ilə başlanıb. Mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova ölkə rəhbəri İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən söz açıb.

Yola düşməzdən əvvəl gənc “Şahinlər” Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib və abidə önünə tər çiçək dəstələri düzüblər.

Qeyd edək ki, düşərgədə istirahət edən yeniyetmələrə gündə 4 dəfə yüksək kalorili yemək, təzə meyvə və tərəvəz, süd məhsulları veriləcək, istirahət günlərində isə Qubanın tarixi guşələrinə onların gəzintiləri təşkil ediləcək. Daxili Qoşunların Qubadakı hərbi hissəsi ilə yaxından tanışlıq da şagirdlərin ürəyincə olacaq.
 

yuxarı ⤴