1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






BDU-nun tələbələri üçün yataqxana kompleksi inşa olunacaq
18.08.2017 / No31

 
 

 

 


Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov 2017/2018-ci tədris ili üçün BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu prosesi ilə tanış olub, sonra universitetin həyətində tələbə və valideynlərlə görüşərək təbriklərini çatdırıb.

Bakı Dövlət Universiteti haqqında qısa məlumat verən rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin tələbəsi və məzunu olduğu universitetə qəbul olmaq böyük şərəfdir.

Valideynləri maraqlandıran suallara cavab verən rektor, eyni zamanda yataqxana məsələsindən də danışıb. Son vaxtlaradək məcburi köçkünlərin məskunlaşdığı yataqxanaların yararsız vəziyyətdə olduğunu deyən rektor, həmin binaların bir qisminin söküldüyünü və ərazidə təxminən 7 min tələbənin məskunlaşa biləcəyi böyük yataqxana kompleksinin inşa olunacağını da diqqətə çatdırıb.

Xatırladaq ki, universitetin bakalavriatura səviyyəsinə builki qəbul planı 65 ixtisas uzrə 5200 nəfərdir.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində tələbə adını qazanan abituriyentlərin sənədlərinin qeydiyyat prosesi avqust ayının 25-dək davam edəcək.

yuxarı ⤴