1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 22.04.2017


 

 
Riyaziyyatdan dərs nümunəsi
20.08.2016/№32

Foto1

Foto2

Foto3

Foto4

Foto5

Foto6

Foto7

Foto8

Cədvəl1

Səməngül MURADOVA,
Bakı şəhəri, E.Məmmədov adına 21 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Fənn: Riyaziyyat
Sinif: I
Mövzu: Ədədlərin müqayisəsi. Sayını təxmin edin.
Standart: 1.2.4. 1.3.5.
Məqsəd: a) Əşya sayını “azdır, çoxdur” sözləri ilə baxmaqla müqayisə edir.
b) Müəyyən əşya sayı ilə müqayisədə digər qrupdakı əşya sayını təxmin edir.
İş forması: Kiçik qruplarla iş, cütlərlə iş.
İş üsulu: Beyin həmləsi, müşahidə, müqayisə, müzakirə, araşdırma.
İnteqrasiya: Ana dili, həyat bilgisi, texnologiya.
Resurslar: Şəkillər, dərslik, iş vərəqləri, test, prometan lövhə.
Motivasiya: Tapmacaya əsasən riyaziyyat sözünün tapılmasını istəyirəm. Söz tapılandan sonra həmin sözü şagirdlərdən biri prometan lövhədə yerinə yerləşdirir. Mən şagirdlərə riyaziyyat sözünün yazılışındakı hərflərin sayını müəyyən etməyi, sait və samit hərflər arasında müqayisə aparmağı tapşırıram. Hərf tərkibinə görə ədədlər ailəsi qurmağı söyləyirəm.(Foto1)
Apardığımız bu əməliyyatları necə adlandıra biləcəyimizi soruşuram.
Şagirdlər öz fərziyyələrini söylədikdən sonra mövzunun adını bildirirəm.
Tədqiqat sualı:
Tədqiqat üçün belə bir sual müəyyənləşdirirəm:
- Gördüyümüz hər hansı bir əşya sayının az və ya çox olduğunu necə müəyyən edirik?
Tədqiqatın aparılması:
Tədqiqat sualı əsasında verilən 3 tapşırıq üzrə müzakirələr aparılır. Şagirdlərin fikirləri dinlənilir.(Foto2)
Qruplarla iş: Bu mərhələdə qruplara iş vərəqi paylayır və tədqiqat sualı əsasında tapşırıqlar verirəm.
Qrupları müqayisə işarələrinə görə adlandırmağı və hər bir qrupa öz qrupunun adı haqqında məlumat verib, müqayisə aparmasını söyləyirəm.
Böyükdür - sözündə 8 hərf, 8 səs var, 3 sait, 5 samit var.
8 = 8 5 › 3 (Foto3)
Kiçikdir - sözündə 8 hərf, 8 səs var, 3 sait, 5 samit var. (Foto4)
Bərabərdir - sözündə 10 hərf, 10 səs var, 4 sait, 6 samit var.
10 = 10 4 ‹ 6 6 › 4 (Foto5)
Azdır - sözündə 5 hərf, 5 səs var, 2 sait, 3 samit var.
5 = 5 2 ‹ 3 3 - 2 = 1 (Foto6)
Çoxdur - sözündə 6 hərf, 6 səs var, 2 sait, 4 samit var.
6 = 6 4 › 2 4 - 2 = 2 (Foto8)
Məlumatın mübadiləsi və müzakirəsi:
Qruplarda olan şagirdlər iş vərəqlərindəki tapşırıqlar əsasında tədqiqata başlayırlar və qrup üzvlərini nəticələri ilə tanış edirlər. Şagirdlər verilən tapşırıqları qrup daxilində müzakirə edir, fikir mübadiləsi aparır, hazırladıqları işi təqdim edirlər. Qrupların təqdimatından sonra hər qrupun işi digər qrupların işi ilə müzakirə olunur. Şagirdlər öz təkliflərini verirlər. Təkliflərini dinləyirəm, cavabların düzgün olub-olmadığını dəqiqləşdirirəm.
Ümumiləşdirmə və nəticə:
Əşya sayını baxıb saymaqla, riyazi əməllərin köməyi ilə hesablamaqla, cütləşdirməklə və s. azdır və ya çoxdur sözləri ilə təxmin edirik. Beləliklə, göz yaddaşımız da inkişaf edir.
Dərslik üzərində iş aparılır:
Tapşırıq 3 yerinə yetirilir.(Foto7)
Prometan lövhədə yaradıcı oyunlar və test tapşırıqları təşkil edirəm. Həndəsi fiqurlar xatırlanır.



- üçbucağın 3 təpəsi, 3 tərəfi, 3 bucağı var.




- dördbucağın 4 təpəsi, 4 tərəfi, 4 bucağı var.
Kvadratın bütün tərəfləri bir-birinə bərabərdir.



- dördbucağın 4 təpəsi, 4 tərəfi, 4 bucağı var.
Düzbucaqlının qarşı tərəfləri bir-birinə bərabərdir.


- dairənin heç bir tərəfi, bucağı, təpəsi yoxdur. Əyri xəttdən ibarətdir.



- Səkkizbucağın 8 təpəsi, 8 tərəfi, 8 bucağı var.
Yaradıcı tətbiqetmə:
Azərbaycan Respublikasının xəritəsini slaydda göstərir və şagirdlərə belə bir sual ünvanlayıram:
- Bura haradır? Buna aid kim şeir söyləyə bilər?
Sonra uşaqlara müraciət edərək partalarının altında bir zərf qoyduğumu bildirirəm. (İçində yaz gülləri) Sual verirəm: -Bu nədir? Mən də bir zərf açıb içindən göyərçin şəklini götürürəm. Uşaqlara güllərdən dəstə düzəltməyi tapşırır, həmin dəstəni göyərçinə verirəm. Göyərçinə aid şeir söyləmələrini xahiş edirəm. Göyərçin mahnısı da oxunulur.
Sual verirəm: - Göyərçin bunu hara aparsın?
Şagirdlərin fikirləri dinlənilir və mən öz təklifimi də irəli sürürəm.
Müəllimin interaktiv əlavəsi:
- Vətənimizin ən gözəl guşəsi olan Qarabağa!
Baxmayaraq ki, torpaqlarımız düşmən əlindədir, yaz çiçəklərini və sülh quşunu ora göndərək ki, tezliklə torpaqlarımızda sülh və əmin-amanlıq olsun, yaz çiçəkləri orada bitsin. Sülh və müharibə müqayisə olunur.
Qiymətləndirmə:
Hər bir şagirdin fərdi mənimsəmə səviyyəsini yoxlamaq üçün hərəyə bir test vərəqi paylayıram. Sonra müzakirə olunur, səhvlər düzəldilir, qiymətləri müəllimin tapşırığı ilə özləri yazır və qrupdakı qiymətlərin cəmi tapılır. Qalib qrup müəyyən olunur.
Təqdimatlara əsasən qrupların bilik və bacarıqlarını dərs prosesinin sonunda aşağıdakı meyarlara görə qiymətləndirirəm.


Qrup

Meyar I II III IV V
Boyükdür-kiçikdir sözlərindən istifadə etməklə əşyalar arasında müqayisə aparır.
Konstruktik məsələləri həll edir, əşya sayını baxmaqla müqayisə edir.
Qruplarda iş yerinə yetirilir.
Əməkdaşlıq.
Təqdimat.
(Cədvəl1)
Ev tapşırığı:
Evə üç dənə ədədlər ailəsi yazmağı və həmin ədədlərin müqayisəsini aparmağı tapşırıram.

yuxarı ⤴