1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Rəsmi xronika
25.08.2017 / No32

 

 

 


* Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn Ağdamın “Qarabağ” futbol klubunun heyətini qəbul edib.

* Ölkə başçısı İlham Əliyev avqustun 24-də “Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə əlaqədar sərəncam imzalayıb.

* Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub və növbəti “Tufan” tipli sərhəd gözətçi gəmisinin təməlini qoyub.

* Prezident İlham Əliyev avqustun 24-də İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarinin etimadnaməsini qəbul edib.

* Avqustun 23-də dövlət başçısı İlham Əliyev Şirvan Rəşid oğlu Əbilovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Prezident İlham Əliyev avqustun 23-də Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının strukturunun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

* Avqustun 23-də ölkə başçısı İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

* Dövlət başçısı İlham Əliyev avqustun 22-də Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Avqustun 22-də ölkə başçısı İlham Əliyev Elşad Belal oğlu Həmidova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

* Prezident İlham Əliyev avqustun 22-də Elmar Qəzənfər oğlu Novruzova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

* Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunda iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Ölkə başçısı İlham Əliyev avqustun 21-də Əsgər Əyyub oğlu Ələkbərovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

* Avqustun 21-də Prezident İlham Əliyev Vilyam Fəhralı oğlu Hacıyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Dövlət başçısı İlham Əliyev avqustun 21-də Ukraynanın Prezidenti Pyotr Poroşenkoya bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-20-də Göygöl, Samux, Gədəbəy və Şəmkir rayonlarında səfərdə olub. Dövlət başçısı rayonlara səfəri zamanı bir sıra sosial və iqtisadi yönümlü obyektlərin açılışlarında iştirak edib, bəzilərində isə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub, ictimaiyyət nümayəndələri ilə görüşüb.

* Avqustun 18-də dövlət başçısı İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə bu ölkədə törədilmiş dəhşətli terror aktları nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.

 

yuxarı ⤴