1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
UNEC beynəlxalq akkreditasiya qazanıb
25.08.2017 / No32

 
 

 

 


UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi nüfuzlu beynəlxalq akkreditasiya qazanıb. Məktəbin mühasibat uçotu ixtisası ACCA (The Association of Chartered Certified Accountants - İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) tərəfindən tam akkreditasiya alıb. Fakültənin mühasibat uçotu ixtisası fənləri, imtahan prosedurları və imtahan sualları ən yüksək beynəlxalq tələblərə uyğun təsdiqlənərək tələbələrə ACCA imtahanlarından azadolmalar təqdim edilib. Belə ki, tələbələr fakültədə fənləri oxuyub, müvafiq sənədləri təqdim edərək ACCA kvalifikasiyalarını da əldə edəcəklər.
ACCA dünyada ən geniş yayılmış beynəlxalq peşəkar assosiasiyadır. Assosiasiyada 170 ölkədən 404000 tələbə və 140000 üzv qeydiyyatdadır.

yuxarı ⤴