1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Olimpiada qalibi Böyük Britaniyada
25.08.2017 / No32

 
 

 

 


Paytaxt məktəblisi Fikrət Əmirbəyli Böyük Britaniyanın Mançester şəhərində yay kursunda ödənişsiz iştirak edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 212 nömrəli tam orta məktəbin XI sinif şagirdi məktəblilər arasında keçirilən II İngilis dili Olimpiadasının qalibi olduğu üçün bu imkanı qazanıb.

Bakı məktəblisi yay kursu çərçivəsində ingilis dili biliklərini daha da artırıb, həmçinin, yerli adət-ənənələr ilə tanış olub, Mançester şəhərinin tarixi yerlərini gəzib.

Fikrət Əmirbəyliyə yay kursunun sonunda sertifikat təqdim edilib.

Qeyd edək ki, II İngilis dili Olimpiadasına paytaxt üzrə ümumi təhsil məktəblərinin X və XI sinif şagirdləri qatılıb. Olimpiada “ADA” Universitetinin təşkilatçılığı, BŞTİ, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi və “British Council” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunub.

Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq, şagirdlərin müvafiq bilik və bacarıqlarını sınaqdan keçirmək, onların əldə etdikləri xarici dil biliklərini möhkəmləndirməkdən ibarətdir.
 

yuxarı ⤴