1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Ayxan Tağızadə Ümumdünya Yay Universiadasının gümüş medalını qazanıb
25.08.2017 / No32

 
 

 

 


Taypey şəhərində keçirilən iyirmi doqquzuncu Ümumdünya Yay Universiadasında Azərbaycan taekvandoçusu Ayxan Tağızadə (68 kq) gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, döşək üzərinə çıxan Ayxan Tağızadə fransalı, böyük britaniyalı, ispaniyalı rəqiblərinə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finala vəsiqə uğrunda döyüşdə erməni rəqibi Sergey Vardazaryanı böyük üstünlüklə məğlub edən Ayxan həlledici görüşdə Rusiya təmsilçisi Boris Krasnovla qarşılaşıb. Final döyüşündə rusiyalı taekvandoçu qızıl xalla üstün olub və idmançımız yarışı gümüş medalla başa vurub.
Qeyd edək ki, taekvando yarışlarına avqustun 26-da yekun vurulacaq.

yuxarı ⤴