1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Şahmat üzrə Rusiya Kubokunun üçüncü mərhələsinin azərbaycanlı qalibi
25.08.2017 / No32

 
 

 

 


Naberejnıye Çelnı şəhərində qadınlar arasında şahmat üzrə “Promvest-2017” Ticarət Evi tərəfindən təsis edilmiş Rusiya Kubokunun üçüncü mərhələsi başa çatıb. Bu mərhələdə Moskvada yaşayan azərbaycanlı şahmatçı Elmira Mirzəyeva qalib gəlib.
AZƏRTAC xəbər verir ki, Moskva çempionu Elmira Mirzəyeva 9 turdan ibarət yarışı məğlubiyyətsiz başa vuraraq 7 xal toplayıb. Moskva vilayətini təmsil edən Marina Neçayevanın da aktivində eyni sayda xal olub, lakin əlavə göstəricilər nəzərə alınmaqla Neçayeva ikinci yerlə kifayətlənməli olub. Daha bir Moskva təmsilçisi - Darya Çaroçkina və Kazan nümayəndəsi Olqa Belova eyni sayda - hərəyə 6,5 xal toplayıb. Əlavə göstəricilər nəzərə alınmaqla D.Çaroçkina bu mərhələnin bürünc mükafatçısı olub, O.Belova isə dördüncü yeri tutub. Mükafat fondu 300.000 rubl olan bu turnirin 15 iştirakçısı təltif olunub.

Şahmat üzrə beynəlxalq dərəcəli qrossmeyster, Moskvada yaşayan Elmira Mirzəyeva Rusiya və dünya idmanında sanballı uğurlar qazanmış gənc azərbaycanlı idmançılardan biridir.

yuxarı ⤴