1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Xalq şairinin 105 illiyi qeyd olunub
25.08.2017 / No32

 
 

 

 


Şakir CƏFƏROV,
filologiya üzrə fəlsəfə doktoru

Qazaxda Azərbaycanın tanınmış xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 105 illiyi qeyd olunub.

Tədbirdə təhsil işçiləri, şairlər, poeziyasevərlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları şairin parkdakı büstü önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər. Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov M.Dilbazinin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən, onun zəngin yaradıcılığından söz açıb. Qeyd edib ki, bu gün 105 illiyi qeyd olunan M.Dilbazi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində öz dəst-xətti ilə seçilən sənətkarlardandır. Poeziyamızda silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanizm, yüksək insani dəyərlər, vətənpərvərlik onu xalqa sevdirib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edib.

Qeyd olunub ki, Mirvarid Dilbazi öz zəngin yaradıcılığı ilə Azərbaycan poeziyasının bir çox parlaq nümunələrini yaradıb. Ona görə onun şeirləri bu gün də sevilə-sevilə oxunur.

Sonra AYB-nin üzvü, şairin qohumu Zaməddin Ziyadoğlu, Xanlıqlar kənd tam orta məktəbinin müəllimi İlhamə Allahverdiyeva, Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbinin müəllimi Vilayət Rüstəmov görkəmli sənətkarın yaradıcılığından söz açaraq onunla bağlı xatirələrini bölüşüblər.

Sonda şagirdlərin ifasında M.Dilbazinin şeirləri səsləndirilib. Tədbir diskussiya şəklində başa çatıb.

yuxarı ⤴