1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Elm xəbərləri
25.08.2017 / No32

 
 

 

 


Smartfonlarda mətni səs ilə yığmaq mümkün olacaq



“Google” şirkəti istifadəçiləri smartfonlarda mətni əl ilə deyil, diktə etməklə yığmaq funksiyasından istifadə etməyə alışdırmağı planlaşdırır. Smartfonla verbal kommunikasiya düymələri sıxmağa sərf olunan vaxta qənaət etməyə və qiymətli qadcetlərin yerə düşməsi riskini azaltmağa imkan verəcək. Bunun üçün Android-də hər gün milyardlarla insanın danışdığı 119 dilin dəstəklənməsi tətbiq edilib.
“Biz 30 yeni dil və dialektin dəstəklənməsini əlavə etmək üçün onların daşıyıcılarını işə cəlb etməli olduq”, - deyə şirkətin texniki mütəxəssisi Daan van Eş bildirib. Süni intellektin öyrədilmə prosesində daşıyıcılar ümumi cümlələri oxuyublar, sistem isə onları yadda saxlayıb və yeni istifadəçilərlə ünsiyyət zamanı qəbul etmənin dəqiqliyini yüksəldərək emal edib.
www.news.rambler.ru  saytının məlumatına görə, mətnin diqtə edilməsinə əl ilə yığılmasından üç dəfə az vaxt sərf olunur. İstifadəçilərin həyatını sadələşdirmək üçün “Mauntin-Vyu” istehsalçıları “Gboard” klaviaturasına diktə etmək funksiyasını əlavə ediblər. Bu klaviatura emojilərə keçid etmədən onları səslə yığmağa imkan verir.


100 mikrometr ölçüdə “laboratoriya” hazırlanıb



Brigham Young Universitetinin alimləri kimyəvi analizlər üçün cəmi 100 mikrometr (0,1 millimetr) ölçüyə malik “laboratoriya” hazırlayıblar.
www.hi-news.ru  saytının məlumatına görə, qurğu mikromayelər sinfinə aiddir və mikroçipdən ibarətdir. Onun daxilində yerləşdirilmiş mikroskopik kanalların köməyi ilə müxtəlif analizlər (məsələn, qan analizi) götürmək mümkündür.
Kiçik ölçüdə laboratoriyanın yaradılması diaqnostik təbabət üçün böyük əhəmiyyətə malikdir. Onları insan bədəninin müxtəlif hissələrinin parametrlərinin ölçülməsi üçün pasiyentin orqanizminə daxil etmək olar. Bununla yanaşı, mikrolaboratoriyanın funksionallığını daha da genişləndirərək kiçikölçülü robotların tərkibinə daxil etmək mümkündür.
Qeyd edək ki, alimlər bu çipin yaradılması üçün unikal 3D-printer hazırlayaraq qurğunu onun vasitəsilə çap ediblər. Printerin əsasında 385 nanometrlik işıq diodu lampası dayanır.


Çatlamış ekranları bərpa etmək mümkün olacaq



“Motorola” şirkəti çatlamış ekranı heç bir səy göstərmədən təmir etməyə imkan verən texnologiyanı təqdim edib. Şirkət öz əvvəlki formasını “xatırlamaq” imkanına malik xüsusi şüşəyəbənzər polimeri patentləşdirib. İdeyaya əsasən, belə polimerdən istehsal edilmiş ekran zədə baş verərsə, bir müddət sonra bərpa oluna biləcək.
www.belta.by  saytının məlumatına görə, bunun üçün smartfonların “bortuna” xüsusi proqram təminatı qurulacaq. O, ekranın vəziyyətini izləyə biləcək və zədələr yarandıqda sahibinə bərpa proseduruna başlamağı təklif edəcək. Öncədən müəyyən edilmiş aparat hissələri qızmağa başlayacaq və ekran ilkin formasını alacaq. Bu zaman qurğudan istifadə etmək olmaz.
Motorola istehsalçıları hələ ki, ciddi və dərin çatlar yaranan zaman örtüyün tam bərpasına zəmanət vermirlər. Lakin xırda “kəsiklərin” bərpası tamamilə realdır.


Mobil proqram insanların həyatını dəyişəcək



ABŞ-ın Dartmut Kollecinin əməkdaşları yaşlı insanlara psixi pozuntu və digər xroniki xəstəliklərin gedişinə müstəqil nəzarət etməyə kömək edən yeni proqram yaradıblar.
www.meddaily.ru  saytının məlumatına görə, müəyyən vaxt ərzində (təxminən üç ay) xəstələr stresə dayanıqlıq, müalicəyə sadiqlik və psixoaktiv maddələrdən istifadə kimi mövzulara dair konsultasiyalar alacaqlar. Həkimlər proqram vasitəsilə pasiyentləri məsafədən izləyə və problem yarandıqda müdaxilə edə biləcəklər.
Tədqiqatda ciddi psixi pozuntu və digər xroniki xəstəliklərdən əziyyət çəkən 10 pasiyent iştirak edib. İştirakçılar proqramı sadə və rahat hesab ediblər. Hətta müasir texnikanı anlamayan insanlar belə yeni proqramdan asanlıqla istifadə edə biliblər.

İKT.az saytının materialları əsasında

yuxarı ⤴