1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Akademik reytinqi yüksək olan dünya universitetləri
25.08.2017 / No32

 

 

 


Növbəti reytinq cədvəli açıqlanıb

Oruc MUSTAFAYEV

Çin Xalq Respublikasının Shanghai Jiao Tong University nəzdində fəaliyyət göstərən Dünya Səviyyəli Universitetlər Mərkəzi tərəfindən 2017-ci il üzrə dünya universitetlərinin növbəti akademik reytinq (Academic Ranking of World Universities - ARWU) cədvəli nəşr olunub. Dünyanın ən yaxşı 500 ali məktəbinin reytinq sıralamasına 15 ildir ki, fasiləsiz olaraq ABŞ-ın Harvard Universiteti liderlik edir. Siyahıda 10 ən yaxşı universitet sırasında ABŞ-ın 8 universiteti (Massaçusets Texnologiya İnstitutu, Stenford, Kaliforniya, Berkli, Prinston, Kaliforniya Texnologiya, Kolumbiya, Çikaqo universitetləri) yer alıb. Böyük Britaniya ilk onluqda Kembric və Oksford universitetləri ilə təmsil olunur. Rusiya reytinqdə 3 ali məktəblə - M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (93-cü yer), Sankt-Peterburq Dövlət Universiteti (301-400-cü yer) və Novosibirsk Dövlət Universiteti (401-500-ci yer) ilə təmsil olunub. Bütövlükdə builki reytinqdə ABŞ 138, Çin 45, Böyük Britaniya 38, Almaniya 37, Avstraliya 23, Fransa 20, Kanada 19, Yaponiya 17, İtaliya 16, Belçika 7 universitetlə təmsil olunub.

Şanxay reytinqi 2003-cü ildən başlayaraq hər il nəşr olunur və dünya üzrə ən yaxşı 500 universiteti əhatə edir. Reytinq bir sıra göstəricilərə əsasən tərtib edilir. Onların arasında universitetlərin Nobel və Fild mükafatlarına layiq görülmüş müəllim və məzunlarının, eləcə də dərc edilmiş elmi məqalələrin və onlara olunan sitatların sayı nəzərə alınır. Şanxay reytinq cədvəli digər kriteriyalardan daha çox “yüksək sitatgətirilmə əmsalı”na malik olan universitet alimlərinin sayını əsas götürür. “Nature” və “Science” kimi elmi jurnallarda dərc olunmuş məqalələrin sayına yüksək qiymət verilir. Reytinqlə daha ətraflı www.shanghairanking.com/ARWU2017.html  ünvanından tanış olmaq olar.


Akademik reytinqi yüksək olan dünya universitetləri

yuxarı ⤴