1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Bir sinfin 17 məzunu universitetə daxil olub
25.08.2017 / No32

 
 

 

 


Gəncə şəhər İsrafil Məmmədov adına 27 nömrəli fizika, riyaziyyat, informatika təmayüllü məktəb-liseyin xüsusi istedadlar sinfində təhsil alan 17 şagirdin hamısı ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə göstərib.

Qəbul imtahanlarında xüsusi istedadlar sinfini bitirən məzunlardan 7-si 600-dən, 6-sı 500-dən, 2-si 400-dən, 2-si 300-dən yuxarı, 1 nəfər isə 299 bal toplayıb.

Sinfin ən yüksək nəticə göstərən şagirdi Təhsil Nazirliyinin əmri ilə qızıl medalla təltif edilən Elvin İbrahimli olub. O, 676 bal toplayaraq Azərbaycan Tibb Universitetini seçib. Xüsusi istedadlar sinfinin məzunlarından 14-ü Bakıdakı, 3-ü isə Gəncədəki universitetlərdə oxumaq arzusundadırlar. Məzunlardan 9-u orta məktəbi fərqlənmə attestatı ilə bitirib.

 

yuxarı ⤴