1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.02.2017

// 18.02.2017



Fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
27.08.2016/№33

 

 


2016-2017-ci dərs ilində ümumtəhsil məktəblərinin I-IX siniflərində dərs deyəcək və kurikulum təlimlərindən keçməyən müəllimlərin fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq


ƏMR EDİRƏM:


1. 2016-2017-ci dərs ilində ümumtəhsil məktəblərinin I-IX siniflərində dərs deyəcək və kurikulum təlimlərindən keçməyən müəllimlər üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kursları təşkil edilsin.
2. Fənn kurikulumlarının tətbiqi üzrə təlim kursları rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) təşkilatçılığı ilə yerli mütəxəssislər tərəfindən həyata keçirilsin.
3. Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin I-IX siniflərində dərs deyəcək fənn müəllimləri həmin müəssisələrin yerləşdikləri ərazilərdə, məcburi köçkün məktəblərinin həmin kateqoriyadan olan müəllimləri isə məskunlaşdıqları rayonlarda (şəhərlərdə) təşkil edilən təlim kurslarına cəlb olunsunlar.
4. Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev) və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (V.Yaqublu) təlim kursunu bitirmiş müdavimlərin qiymətləndirilməsini və sertifikatların hazırlanmasını təmin etsinlər.
5. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və əmrin çoxaldılıb yerli təhsili idarəetmə orqanlarına göndərilməsini təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavininə (C.Bayramov) həvalə olunsun.
 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
24 avqust 2016-cı il
 

yuxarı ⤴