1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.03.2017

// 18.03.2017

// 18.03.2017

Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində “Elektron Təhsil” Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
27.08.2016/№33

 

 

 


Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində “Elektron Təhsil” Respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrası üzrə Təhsil Nazirliyinin 2015-ci il üçün Tədbirlər Planının 2.1.1.2 bəndindən (aidiyyəti struktur bölmələrlə birlikdə müsabiqə mexanizmlərinin proqram təminatlarının, portalların yaradılması) irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5 bəndini rəhbər tutaraq


ƏMR EDİRƏM:


1. Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində “Müəllim”, “Şagird” və “Məktəb” istiqamətləri üzrə “Elektron Təhsil” Respublika müsabiqəsi keçirilsin.
2. “Elektron Təhsil” Respublika müsabiqəsi haqqında “Əsasnamə” (bundan sonra- Əsasnamə) və müsabiqənin Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (1, 2 saylı əlavələr).
3. Təşkilat Komitəsi müsabiqənin keçirilmə vaxtını, mərhələlərin müəyyən edilməsini və Əsasnamədə nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsini təmin etsin.
4. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (S.Məmmədov) Əsasnamədə nəzərdə tutulmuş tədbirlərin vaxtında həyata keçirilməsini təmin etsin.
5. “Elektron Təhsil” Respublika müsabiqəsinin keçirilməsi ilə bağlı 2016-cı il üçün xərclər smetası təsdiq edilsin (3 saylı əlavə).
6. İnformasiya şöbəsi (E.Əliyev) müsabiqə ilə bağlı məlumatların “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin İnternet saytında yerləşdirilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini C. Bayramova həvalə edilsin.
Əsas: Nazir müavini C. Bayramovun 8 avqust 2016-cı tarixli, 3909 (t) nömrəli xidməti məlumatı.
 


Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
24 avqust 2016-cı il
№579




Əlavə:
1. “Elektron Təhsil” Respublika müsabiqəsi haqqında Əsasnamə
1.1. “Elektron Təhsil” Respublika müsabiqəsində iştirak üçün ərizə forması
1.2. “Elektron Təhsil” Respublika müsabiqəsinə “Müəllim” istiqaməti üzrə təqdim edilən işlərin nominasiyalar üzrə qiymətləndirmə meyarları
1.3. “Elektron Təhsil” Respublika müsabiqəsinə “Şagird” istiqaməti üzrə təqdim edilən işlərin nominasiyalar üzrə qiymətləndirmə meyarları
1.4. “Elektron Təhsil” Respublika müsabiqəsinə “Məktəb” istiqaməti üzrə təqdim edilən işlərin nominasiyalar üzrə qiymətləndirmə meyarları


2. “Elektron Təhsil” Respublika müsabiqəsinin Təşkilat Komitəsinin tərkibi

 

yuxarı ⤴