1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Rəsmi xronika
01.09.2017 / No33

 

 

 


* Avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

* Prezident İlham Əliyev avqustun 29-da Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* Avqustun 28-də dövlət başçısı İlham Əliyev Astara rayonunun Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* Ölkə başçısı İlham Əliyev avqustun 28-də Natiq Ərziman oğlu Əmirovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Avqustun 28-də Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə və Malayziyanın XV Ali Başçısı Sultan V Məhəmmədə bu ölkələrin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubları ünvanlayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də “Azərbaycan Hava Yolları” QSC-nin nəzdində yaradılan “Buta Airways” aviaşirkətinin Bakıya gətirilən ilk “Embraer 190” təyyarəsi ilə tanış olub.

* Avqustun 25-də ölkə başçısı İlham Əliyev Fəzail Rəhim oğlu Ağamalının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
 

yuxarı ⤴