1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
Müəllimlərin təlimi üçün onlayn elektron tədris portalı yaradılacaq
01.09.2017 / No33

 

 

 


Təhsil Nazirliyi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi protokol imzalayıb

Avqustun 30-da Azərbaycan Respublikası Təhsil Nazirliyi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Müəllimlərin potensialının artırılması və Təhsil Nazirliyi üçün təhsil informasiya sisteminin yaradılması” texniki yardım (qrant) layihəsi üzrə müzakirə protokolu imzalanıb. Müzakirə protokolunu təhsil naziri Mikayıl Cabbarov və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkə üzrə direktoru Çoi Yonjae imzalayıb.

Layihənin əsas məqsədi təhsil informasiya sisteminin, müəllimlərin təlimi üçün onlayn elektron tədris portalının yaradılması, Koreya texnologiyalarının əsaslarını və inkişaf təcrübəsini bölüşməklə müəllimlərin təkmilləşdirilməsinə töhfə verilməsidir.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda təhsilin modernləşdirilməsi, təhsildə informasiya texnologiyalarının tətbiqi istiqamətində atılan addımlardan danışıb. Nazir qeyd edib ki, müəllimin yeni rolu, üstün peşəkarlıq vərdişləri həm də tədrisdə tətbiq edəcəyi İKT bacarıqlarından asılıdır. İKT bacarıqları biliklərin çatdırılmasında əyaniliyi təmin edir, dialoq mühiti yaradır. Son illərdə Təhsil Nazirliyinin müəllimlərin İKT bacarıqlarının artırılması, İKT infrastrukturunun yaradılması, elektron resursların bazasının genişləndirilməsi sahəsində gördüyü işlər bu prosesə təkan verib.

Azərbaycanla Koreya arasında təhsil, xüsusən də informasiya-kommunikasiya texnologiyaları sahəsində əlaqələrin, həyata keçirilən layihələrin böyük əhəmiyyət kəsb etdiyini bildirən nazir İKT sahəsində dünyanın aparıcı dövlətlərindən olan Koreya ilə əməkdaşlığı yüksək qiymətləndirib.

Layihə çərçivəsində əsas planın, Elektron Tədris Sisteminin, Tədrisin Məzmununun Saxlanılması Sisteminin, müəllimlərin onlayn təhsili üçün portalın, onlayn təhsil məzmununun hazırlanması, eyni zamanda server, video, audio, studiya avadanlıqları və materiallarının alınması nəzərdə tutulub. Həmçinin Elektron Tədris Sisteminin idarə olunması ilə əlaqədar Təhsil Nazirliyinin əməkdaşları və müəllimlər üçün Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən təlimlərin keçirilməsi də planlaşdırılıb.
Layihə 3 il müddətində icra olunacaq.

yuxarı ⤴