1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
Tvinninq layihəsi ilə bağlı yekun konfrans
01.09.2017 / No33

 
 

 

 


Avqustun 29-da Təhsil Nazirliyi və Avropa İttifaqının “Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Təhsil Nazirliyinə dəstək göstərilməsi” üzrə Tvinninq layihəsinin yekun konfransı keçirilib.

Konfransın keçirilməsində məqsəd Avropa İttifaqının vəsaiti hesabına icra olunan Tvinninq layihəsinin nəticələrini, eləcə də Təhsil Nazirliyinin ali təhsilin və tədqiqatın keyfiyyətinin yüksəldilməsinə dair yeni planlarını ictimaiyyətin nəzərinə çatdırmaq olub.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, Təhsil Nazirliyi, Finlandiyanın Təhsilin Qiymətləndirilməsi Mərkəzi, Estoniyanın Ali və Peşə Təhsilində Keyfiyyətin Təminatı Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən Tvinninq layihəsi fəaliyyətə 2015-ci ilin sentyabr ayında başlayıb. İkiillik layihə çərçivəsində Azərbaycanda Avropa Ali Təhsil Məkanının (AATM) prinsiplərinə və standartlarına cavab verən keyfiyyətin təminatı, milli kvalifikasiyalar çərçivəsinin hazırlanması və tətbiq edilməsi üzrə iş aparılıb. Bundan əlavə, Azərbaycan ali təhsilində koordinasiya və şəbəkələşmənin yaxşılaşdırılması, ali təhsil və akkreditasiya üzrə hüquqi sənədlərə müvafiq düzəlişlərin edilməsi istiqamətində tövsiyələr verilib. Layihənin əsas nailiyyətlərindən biri ali təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində yeni akkreditasiya və keyfiyyətin qiymətləndirilməsi standartlarının hazırlanmasıdır. Layihə çərçivəsində Azərbaycanın üç pilot universiteti - Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində keyfiyyət qiymətləndirmələri həyata keçirilib, hazırlanmış standartlar sınaqdan keçirilib.

Çıxış edənlər layihə ilə bağlı görülən işlərdən danışıblar.

Konfransda Azərbaycanda ali təhsilin daha da yaxşılaşdırılması üçün verilən tövsiyələr və əldə olunan nəticələrin tətbiqi məsələləri müzakirə edilib.

Tədbirdə Tvinninq layihəsinin ekspertləri, pilot universitetlərin və qiymətləndirmə qruplarının nümayəndələri təqdimatlarla çıxış ediblər.
 

yuxarı ⤴