1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Direktor və müəllimlər üçün təlim təşkil olunub
01.09.2017 / No33

 
 

 

 


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin direktor və müəllimləri üçün təlim təşkil olunub.

Təlimin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin və pedaqoji işçilərin Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsində daha fəal iştirakını təmin etmək, direktor və müəllimlərə layihə təkliflərinin hazırlanması və idarəolunması ilə bağlı tövsiyələr verməkdən ibarətdir.

Layihə təkliflərinin hazırlanması və idarəolunması ilə bağlı keçirilən təlimdə BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Anar Qədiməliyev, Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) təlimçisi Pərvin Qasımov, məktəb direktorları və müəllimlər iştirak edib.

Təlim zamanı GTMŞ-nin təlimçisi layihələrin yazılması, idarəolunması, büdcənin tutulması, qrant müsabiqəsinin mərhələləri və əsas şərtləri barədə danışıb. Həmçinin, müxtəlif qrup işləri zamanı model layihələrin yazılması istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ümumi təhsil müəssisələri və pedaqoji işçilər Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinə yalnız 1 layihə təqdim edə bilər. Layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Avqustun 15-dən qəbul edilən layihə təklifləri müvafiq sənədlər doldurulmaqla sentyabrın 10-u saat 18:00-dan gec olmayaraq grants@edu.gov.az elektron poçtuna göndərilməlidir. Layihələrin icrasına sentyabrın 20-dən sonra başlanıla bilər.

Müsabiqənin nəticələri Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək.
 

yuxarı ⤴