1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
Müəllimlərə sertifikatlar verilib
01.09.2017 / No33

 
 

 

 


Paytaxtdakı ümumi təhsil müəssisələrinin müəllimləri üçün növbəti “Yay məktəbi” təşkil olunub.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən reallaşdırılan proqram 5 gün davam edib.

Cari ildə 3-cü dəfə təşkil olunan “Yay məktəbi”nin əsas məqsədi müəllimlərin peşə səriştəsini qeyri-formal təhsil formasında artırmaqdan ibarətdir.

Proqram çərçivəsində müəllimlər müasir təhsilin fəlsəfəsi, hiperaktiv şagirdlərlə işin təşkili metodikası, didaktik oyunlardan istifadə, qeyri-ənənəvi rəsmçəkmə texnikaları, sinfin idarəedilməsi, yazılı nitqin inkişafı, qiymətləndirmə vasitələrinin hazırlanması, sinif komandasının formalaşdırılması və digər mövzularda nəzəri, praktik biliklər qazanıblar. “Yay məktəbi”nin sonunda bütün iştirakçılara müvafiq sertifikatlar verilib.

Qeyd edək ki, ümumilikdə “Yay məktəbi”ndə ibtidai sinif, Azərbaycan dili, fizika, riyaziyyat müəllimləri iştirak edib.

 

yuxarı ⤴