1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Təhsil işçilərinin 2017-ci il sentyabr konfranslarının keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
01.09.2017 / No33

 
 

 

 


2017-2018-ci dərs ilində ümumi təhsil sahəsində qarşıda duran aktual vəzifələri müzakirə etmək və müvafiq təkliflər hazırlamaq məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
 

ƏMR EDİRƏM:


1. 2017-ci il 05-12 sentyabr tarixlərində ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları təşkil olunsun.
2. Konfransların keçirilmə tarixləri və yerlərə ezam olunacaq əməkdaşlar barədə qrafik təsdiq edilsin (əlavə olunur).
3. Konfranslar plenar və metodik bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçirilsin.
4. Konfransların plenar iclaslarında “2016-2017-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin məruzəsi dinlənilib müzakirə edilsin.
5. Rayon (şəhər) təhsil şöbələri (idarələri):
5.1. Plenar iclaslarda məktəb direktorlarının, seçmə yolla direktor müavinləri və qabaqcıl müəllimlərin, təhsildə xüsusi nailiyyətlərlə fərqlənmiş, qızıl və gümüş medalla təltif olunmuş, yüksək balla ali məktəblərə daxil olmuş məzunların, habelə aidiyyəti təşkilatların, eləcə də QHT-lərin nümayəndələrinin iştirakını təmin etsinlər.
5.2. Plenar və metodik bölmə iclaslarında irəli sürülmüş təklifləri ümumiləşdirib sentyabrın sonunadək Təhsil İnstitutuna göndərsinlər.
5.3. Metodik bölmə iclasları aşağıdakı təhsil işçiləri üçün təşkil olunsun:
- məktəb direktorları;
- təlim-tərbiyə işləri üzrə direktor müavinləri;
- məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;
- fənlər üzrə metodbirləşmə rəhbərləri;
- məktəb kitabxanaçıları;
- praktik məktəb psixoloqları;
- uşaq birliyi təşkilatı rəhbərləri.
6. Təhsil İnstitutu (E.Əmrullayev):
6.1. Metodik bölmə iclaslarının səmərəli keçirilməsində yerli təhsili idarəetmə orqanlarına köməklik məqsədilə tövsiyələr hazırlayıb konfrans başlananadək pedaqoji mətbuatda dərc etdirsin.
6.2. Yerlərdən alınmış təkliflərin təhlilini aparsın və ümumiləşdirilmiş material hazırlayıb Nazirliyə təqdim etsin.
7. Maliyyə şöbəsi (R.Orucov) əməkdaşların ezamiyyə xərclərinin ödənilməsini konfransların keçirilmə tarixi nəzərə alınmaqla təmin etsin.
8. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və konfransların gedişinin KİV-lərdə işıqlandırılmasını təmin etsin.
9. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
28 avqust 2017-ci il

yuxarı ⤴