1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
ADNSU Montpelliye Universiteti ilə əməkdaşlıqda maraqlıdır
01.09.2017 / No33

 
 

 

 


Avqustun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Fransanın Montpelliye Universitetinin (Universite de Montpellier) beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Fransua Henn ilə görüşüb. Görüşdə ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cəmilə İsmayılzadə, Fransa-Azərbaycan Universitetinin (UFAZ) direktoru Vazeh Əsgərov və UFAZ-ın baş katibi Şarlotta Payen iştirak ediblər.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonağa universitetin tarixi və burada təhsil almış tanınmış məzunlar haqqında məlumat verib.

Universitetdəki tədris prosesi, beynəlxalq əlaqələr, əcnəbi tələbələr, ADNSU-nun nəzdində fəaliyyət göstərən Fransa-Azərbaycan Universiteti (UFAZ) haqqında danışan rektor həmçinin, “eazi START” startap və innovasiya mərkəzindən də bəhs edib. ADNSU-nun gələcəkdə sənaye müəssisəsi kimi də fəaliyyət göstərməsi üçün müəyyən işlər aparıldığını deyərək yaxın gələcəkdə universitetdə bir neçə adda məhsul istehsal ediləcəyini söyləyib.

Rektor M.Babanlı ADNSU-da Montpelliye Universiteti ilə əlaqələrə böyük önəm verildiyini və iki universitet arasında müxtəlif istiqamətlərdə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

Səmimi qəbula görə rektor Mustafa Babanlıya minnətdarlığını bildirən Fransua Henn təmsil etdiyi universitet haqqında məlumat verib. Hazırda Montpelliye Universitetində 40 mindən çox tələbənin təhsil aldığını deyən F.Henn təmsil etdiyi ali məktəbdə 3 istiqamət üzrə mütəxəssis hazırlandığını bildirib.

Görüşdə universitetlər arasında müxtəlif istiqamətlər üzrə birgə kadr hazırlığı, müəllim-tələbə mübadiləsi və başqa məsələlər müzakirə olunub.

Sonda iki universitet arasında əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə olunub.

yuxarı ⤴