1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

“Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi
01.09.2017 / No33

 

 

 


Şakir CƏFƏROV

İsmayıllıda “Heydər Əliyev idarəetmə məktəbi”nin avqustun 28-də keçirilən növbəti məşğələsi “Təhsil millətin gələcəyidir” mövzusuna həsr olunub.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox böyük müdrikliklə dediyi “Təhsil millətin gələcəyidir” sözlərini xatırladıb. Bildirib ki, ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə daim diqqət və qayğı ilə yanaşıb, bu sahənin təkmilləşməsi və inkişafı üçün vacib qərarlar verib. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət təhsil siyasətinin nəticələrindən danışan S.Əhmədova qeyd edib ki, son illər inşa edilən çoxsaylı məktəb binaları, uşaq bağçaları, idman kompleksləri məhz bu siyasətin nəticəsidir.

Rayon təhsil şöbəsinin müdiri Rasim Orucovun məruzəsi dinlənilib. Sonra məşğələdə əməkdar müəllim Şəfaqət Rəsulov “İnnovativ və elektron təhsil İsmayıllı məktəblərində”, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Kəmalə Süleymanlı “Ali və orta ixtisas təhsili təkmilləşir, inkişaf edir”, Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov isə “Peşə tədrisi ölkədə müasir əsaslarda yenidən təşkil olunur, inkişaf edir” mövzularında məruzələrlə çıxış ediblər.

6 nömrəli tam orta məktəbi gümüş medalla bitirən, qəbul imtahanlarında 695 bal toplayan Murad Ağazadə çıxışında əldə etdiyi uğurlara, gənclərin hərtərəfli inkişafı üçün yaratdığı şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov isə məşğələdə ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin bugünkü yüksək nəticələrindən, Prezident İlham Əliyevin Azərbaycan təhsilinin təkmilləşdirilməsi, müasir zamanın tələbləri səviyyəsinə çatdırılması, beynəlxalq təhsil sisteminə inteqrasiyası ilə əlaqədar həyata keçirdiyi tədbirlərdən danışıb.

 

yuxarı ⤴