1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Birinci dərəcəli şahmatçılar yarışıblar
01.09.2017 / No33

 

 

 


Rəşad ZİYADOV

Avqustun 29-da “Elfim” Professional Şahmat Mərkəzinin Nərimanov filialında 1-ci dərəcəli şahmatçıların iştirakı ilə idman ustalığına namizəd dərəcəsi uğrunda milli əmsalın artırılması, həmçinin beynəlxalq reytinqin hesablanması məqsədilə şahmat turniri keçirilib. Yarışda 47 nəfər (onlardan 5 nəfəri qızdır) iştirak edib. Yarışlar İsveçrə sistemi (buhqolts əmsallar sistemi) üzrə aparılıb. Turnirin nəticələrinə görə I yeri 7,5 xalla İsmayıl Qurbanov, II yeri 6,5 xalla (əmsal 52,5) Sahil Mehrəliyev, III yeri isə 6,5 xalla (əmsal 52,0) Soltan Əzimov tutublar.

Yarışın rəsmi bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov şahmatçıların idman ustalıqlarının artırılmasında bu turnirin xüsusi rolunu vurğulayıb, qalibləri təbrik edib.

Sonda yer tutmuş və fərqlənən idmançılar “Elfim” Professional Şahmat Mərkəzi tərəfindən müvafiq dərəcəli diplomlar, medallar və pul mükafatları ilə təltif olunublar.

yuxarı ⤴