1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
 Rəsmi xronika
03.09.2016/№34

 

 


* Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov ilə görüşüblər.

* Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri sentyabrın 1-də Bakıda, Milli Gimnastika Arenasında keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimində iştirak ediblər.

* Sentyabrın 1-də ölkə başçısı İlham Əliyevin Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparacaq Azərbaycan yığma komandalarının üzvləri ilə görüşü olub. Dövlət başçısı görüşdə çıxış edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Radik Veleddin İsaevə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi, ölkəmizin Milli Olimpiya komandası üzvlərinin bir qrupunun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə, bir qrupunun isə ordenlər və medalla təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

* Sentyabrın 1-də ölkə başçısı İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

* Avqustun 30-da Prezident İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

 

yuxarı ⤴