1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq”
03.09.2016/№34

 

 


Avqustun 29-da Ordubad Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Karate-do üzrə Ordubad rayon birinciliyi keçirilib. Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Əbülfəz Əliyev çıxış edərək iştirakçılara birinciliyin keçirilməsinin mahiyyəti haqqında məlumat verib və idmançılara müvəffəqiyyətlər arzulayıb. Birincilikdə 3 (üç) yaş qrupunda (7-8, 10-11, 12-13) 30-dan çox idmançı mübarizə aparıb. Gərgin keçən mübarizə nəticəsində 7-8 yaş qrupunda Bünyamin Zeynalov, 10-11 yaş qrupunda Fikrət Ağacanlı, 12-13 yaş qrupunda isə Hüseyn Əmirov I yerin qalibi olublar. Sonda I, II və III yerlərin qalibləri təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”

 

yuxarı ⤴