1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Təhsil müəssisələrinin əsaslı yenidənqurmadan sonra açılışları olub
08.09.2017 / No33

 

 


Prezident İlham Əliyev açılış mərasimlərində iştirak edib

Yusif ƏLİYEV

Təhsilin infrastrukturunun genişləndirilməsi, yeni tədris ocaqlarının tikintisi və mövcud müəssisələrin əsaslı şəkildə yenidən qurulması dövlətimizin təhsil siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı, bu sahəni dövlət siyasətinin mühüm prioritetləri sırasına daxil etməsi təsadüfi deyil. Ulu öndər Heydər Əliyevin də dediyi kimi, təhsil millətin gələcəyidir. Son illər bu istiqamətdə görülən tədbirlər tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşası prosesini daha da sürətləndirib. Bu sahədə görülən işlər, həyata keçirilən proqram və layihələr nəticəsində son on dörd il ərzində ölkədə 3 mindən çox məktəb binası tikilərək istifadəyə verilib və ya əsaslı şəkildə yenidən qurulub.

Məktəb tikintisi və təmiri işləri bu il də davam etdirilib, paytaxt və bölgələrimizdə yeni tədris ocaqları inşa edilib və təmirə ehtiyac duyulan məktəblərdə yenidənqurma işləri görülüb. Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən əsaslı təmir işləri aparılan bir neçə məktəbin bu günlərdə açılışı olub. Dövlət başçısı İlham Əliyev həmin məktəblərin açılış mərasimlərində iştirak edib.
Qeyd edək ki, sözügedən Dövlət Proqramı çərçivəsində məqsədyönlü şəkildə həyata keçirilən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir.

74 nömrəli tam orta məktəb müasir səviyyədə təmir olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki 74 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Görülən işlərlə bağlı dövlət başçısına məlumat verilərək bildirilib ki, 38 sinif, 2 informatika otağı, 3 laboratoriya, idman və akt zalları, hərbi otaq, yeməkxanadan ibarət məktəbin mövcud korpusu 1960-cı ildən fəaliyyət göstərir. Təhsil müəssisəsinin yerləşdiyi ərazinin sahəsi 11 min kvadratmetrə yaxındır. 912 şagird yerlik məktəbdə tədrisin müasir səviyyədə qurulması üçün hər cür şərait yaradılıb.

62 nömrəli məktəb-liseydə “Sağlam təhsil” sinifləri fəaliyyət göstərir

Sentyabrın 5-də Prezident İlham Əliyev Bakının Nizami rayonundakı şəhid Xalid Quliyev adına 62 nömrəli məktəb-liseydə olub. Burada həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri haqqında Prezidentə məlumat verilib. Bildirilib ki, 41 sinif, 2 informatika, 3 laboratoriya otaqlarından, hərbi təlim sinfindən, idman və akt zallarından, yeməkxanadan ibarət məktəbin mövcud korpusu 1964-cü ildən fəaliyyət göstərir. Təhsil müəssisəsinin yerləşdiyi ərazinin sahəsi 11 min kvadratmetrdir. 984 şagird yerlik məktəbdə tədrisin müasir səviyyədə qurulması üçün hər cür şərait yaradılıb.

Dövlətimizin başçısı məktəb-liseydə yaradılan “Sağlam təhsil” sinifləri ilə də tanış olub. “Sağlam təhsil-sağlam millət” layihəsinin məqsədi məktəblərdə şagirdlərin sağlamlığının qorunması və təhsil nailiyyətlərinin yüksəldilməsindən ibarətdir. Ümumtəhsil müəssisələrində bu pilot layihənin tətbiqinə 2014-2015-ci tədris ilindən başlanılıb, ötən tədris ilində paytaxtdakı 27 tam orta məktəbdə 36 sinifdə icra edilib. 2017-2018-ci tədris ilində isə layihə 40 sinfi əhatə edəcək.

10 nömrəli tam orta məktəb yeni dərs ilinə yeni görkəmlə gəlir

Həmin gün Prezident Bakının Nizami rayonundakı 10 nömrəli tam orta məktəbin binasının da əsaslı təmir və yenidənqurmadan sonra açılışını edib və məktəbdə yaradılan şəraitlə tanış olub. Dövlət başçısına məlumat verilib ki, məktəbin 1176 şagird yerlik mövcud korpusu 1979-cu ildən fəaliyyət göstərir. Bu günədək əsaslı təmir işləri aparılmayan bu tədris ocağı da yüksək səviyyədə təmir olunub. Hazırda məktəbdə 49 sinif, 2 informatika, 3 laboratoriya otağı, idman və akt zalları, hərbi otaq və yeməkxana fəaliyyət göstərir.

201 nömrəli tam orta məktəbdə əsaslı təmir-bərpa işləri görülüb

Bakının Nizami rayonundakı 201 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi yeni dərs ilində tədris prosesini əsaslı surətdə bərpa edilən və yenidən qurulan binada davam etdirəcəklər. Sentyabrın 5-də bu təhsil ocağına gələn və onun yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, 201 nömrəli tam orta məktəbin binası iki korpusdan ibarətdir. Korpuslardan biri 1964-cü, ikincisi isə 2007-ci illərdən fəaliyyət göstərir. Burada da müasir tələblərə uyğun keyfiyyətli yenidənqurma işləri həyata keçirilib. Əsaslı təmir-bərpa işləri görülən məktəbin 68 sinif otağında 1400 şagirdin təhsil alması üçün hər bir şərait yaradılıb. Məktəbin 5 informatika, 3 laboratoriya otaqları, şahmat sinfi, idman və akt zalları, hərbi otağı, 2 kitabxanası və yeməkxanası da müasir səviyyədə yenidən qurulub.

212 nömrəli tam orta məktəbdə yaradılan şərait tədrisin keyfiyyətini yüksəltməyə imkan verəcək

Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində əsaslı təmir edilən və bu günlərdə açılışı olan tədris ocaqlarından biri də paytaxtın Nərimanov rayonunda yerləşən 212 nömrəli tam orta məktəbdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də həmin tədris müəssisəsində yaradılan şəraitlə tanış olub. Dövlət başçısına məlumat verilib ki, bu təhsil ocağının 51 sinif, 2 informatika, 3 laboratoriya otaqlarından, idman və akt zallarından, yeməkxanadan, həmçinin hərbi otaqdan ibarət 1320 şagird yerlik mövcud korpusu 1963-cü ildən fəaliyyət göstərir. Yüksək səviyyədə təmir edilən təhsil müəssisəsində şagirdlərin təhsil almaları üçün geniş imkanlar var.

Yenidən qurulan məktəb binalarında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb, otaqlar dərs vəsaitləri, internet, mebel-inventar və digər zəruri avadanlıqla təchiz edilib. Təhsil müəssisələrinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.

Məktəblərdə yaradılan şəraitlə tanış olan dövlət başçısı kollektivlərə uğurlar arzulayıb.

yuxarı ⤴