1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Rəsmi xronika
08.09.2017 / No33

 

 

 


* Sentyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

* Sentyabrın 7-də Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Ölkə başçısı İlham Əliyev sentyabrın 6-da Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Sentyabrın 6-da Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində iştirak edib.

* Dövlət başçısı İlham Əliyev sentyabrın 6-da “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

* Sentyabrın 6-da Prezident İlham Əliyev Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

* Sentyabrın 5-də ölkə başçısı İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri Mixeil Canelidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Prezident İlham Əliyev sentyabrın 5-də MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının Bakıda keçirilən XVII sessiyasının iştirakçılarını qəbul edib.

* Sentyabrın 5-də dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

* Prezident İlham Əliyevin 5 sentyabr 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə üçqat dünya çempionları Hacı Azər oğlu Əliyevə və Məhəmmədrəsul Yusupoviç Məcidova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2-3 sentyabr tarixlərində Cəlilabad və Lənkəran rayonlarında səfərdə olub. Ölkə başçısı səfəri çərçivəsində hər iki rayonda sosial, iqtisadi və infrastruktur yönümlü obyektlərin açılışlarında iştirak edib, bəzilərində isə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub, ictimaiyyət nümayəndələri ilə görüşüb. Sentyabrın 3-də Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Ölkə başçısı müşavirədə giriş və yekun nitqi söyləyib.
 

yuxarı ⤴