1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Ali təhsil müəssisələrinin transformasiyası üçün addımlar
08.09.2017 / No33

 
 

 

 


Azərbaycanlı mütəxəssislər dünya təcrübəsini öyrənirlər

Samirə KƏRİMOVA

Son illər təhsil sahəsində uğurla inkişaf edən beynəlxalq əməkdaşlıq, dünya təcrübəsinin öyrənilməsi, təhsil işçilərinin vaxtaşırı inkişaf etmiş ölkələrin təhsili ilə yaxından tanış olmaq məqsədilə həmin ölkələrə səfərlər etməsi artıq bir ənənə halını alıb. Təhsil Nazirliyi, habelə bu qurumun müvafiq institutları tərəfindən bir sıra beynəlxalq təşkilatlarla birgə təlimlər, treninqlər, seminarların reallaşdırılması isə, demək olar ki, təhsil işçilərimizin, mütəxəssislərimizin heç bir yerə getmədən də dünya təhsilində baş verən yeniliklərdən xəbərdar olması, xarici mütəxəssislərlə təcrübə, fikir mübadiləsi aparması üçün əlverişli imkan və şərait yaradır. Elə 5-6 sentyabr tarixlərində Təhsil İnstitutunun təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) layihəsi çərçivəsində “Universitetlərin strateji inkişafı” mövzusunda Bakıda keçirilən təlim-seminarı da ali təhsil müəssisələrində çalışanlar, eləcə də bu sahə ilə məşğul olan mütəxəssislər üçün onları maraqlandıran mövzularla bağlı xarici təlimçilərin təcrübələrinin öyrənilməsi baxımından faydalı saymaq olar.

Seminarın təlimçiləri Almaniya, Belçika və Portuqaliyadan dəvət olunmuş mütəxəssislər idi. TAIEX proqramı çərçivəsində keçirilən təlim-seminar universitetlərin strateji inkişaf planlarının hazırlanması və həyata keçirilməsinə həsr olunmuşdu. Məqsəd ali təhsil müəssisələrində rəhbər vəzifədə çalışan və onlarla əməkdaşlıq edən təşkilatların nümayəndələrinə universitetlərin inkişafına dəstək ola biləcək bilik və bacarıqlar aşılamaq, bəzi suallara birgə cavab axtarmaq və tez-tez rast gəlinən problemlərə ortaq həll tapmaqdır.

Təqdimatlar və praktik bacarıqlar üzərində qurulan seminarda Təhsil Nazirliyinin, Təhsil İnstitutunun və yerli təhsili idarəetmə qurumlarının əməkdaşları, ali təhsil müəssisələri ilə işləyən təşkilatların nümayəndələri, təhsil ekspertləri, eləcə də 8-i şəhər və 4-ü regional olmaqla, 12 ali təhsil müəssisəsinin nümayəndələri iştirak edirdi.

Seminarı Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri və Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev açaraq tədbirin aktual bir mövzuya həsr olunduğunu diqqətə çatdırıb. Təhsil İnstitutunun fəaliyyətindən söz açan E.Əmrullayev daha sonra təhsilin inkişafı, onun keyfiyyətinin yüksəldilməsi istiqamətində Təhsil Nazirliyi tərəfindən aparılan məqsədyönlü işlərdən, reallaşdırılan tədbirlərdən geniş bəhs edib.

Ölkəmizdə beynəlxalq təşkilatlarla birlikdə təhsilin müxtəlif pillələri üzrə təşkil olunan tədbirlərin təqdirəlayiq hal olduğunu deyən şöbə müdiri iki gün keçirilməsi nəzərdə tutulan bu təlim-seminarın məramını da diqqətə çatdırıb. Qeyd olunub ki, təlimin məqsədi ali təhsil müəssisələrinin rəhbərlərini və idarəçilərini, o cümlədən müxtəlif təşkilatlardan olan ali təhsil mütəxəssislərini universitetin strateji planlaşdırılması barədə bilik və bacarıqlarla təmin etməkdir.

Təhsil İnstitutunun baş məsləhətçisi Aytac Paşayevanın sədrliyi ilə keçən təlim-seminarın birinci günündə təhsil ekspertləri Tomas Esterman (Belçika) “Müstəqil fəaliyyət göstərən universitetlər üçün struktur şərtləri və institusional uğur amilləri-vizyon və strategiya”, Axim Albrext (Almaniya) “Rəqabətli bazar mühitində ali təhsil müəssisəsini necə uğurlu inkişaf etdirmək olar - transformasiya üçün addımlar”, Maria de Lourdes Maxado-Taylor (Portuqaliya) “Universitetin strategiyasının hazırlanması: qiymətləndirmə və planlaşdırma”, Lukas Bişof (Almaniya) “Universitetin strategiyasının həyata keçirilməsi: dəyişikliyin effektiv idarə olunması üçün əsas uğur amilləri, layihənin effektiv idarə olunmasının əsas prinsipləri, çatdırılma və monitorinq dəyişikliyinin təmin edilməsi” mövzularında təqdimatlar ediblər. Təhsil ekspertləri təqdimatlarında Avropa universitetlərindən ən yaxşı təcrübələri və nümunələri gətirməklə strateji planlaşdırma kontekstində universitetin inkişaf planının yaradılması və icrasını izah ediblər.

Seminar öz işini sentyabrın 6-da mövzu ətrafında panel müzakirəsi, 4 qrup üzrə paralel sessiyalarda davam etdirib. Beynəlxalq təlimçilər azərbaycanlı həmkarları ilə geniş fikir mübadiləsi aparmaqla yanaşı, onları maraqlandıran sualları da cavablandırıblar.

yuxarı ⤴