1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Xarici materiallardan
08.09.2017 / No33

 
 

 

 


Ukrayna ibtidai təhsildə islahatlara başlayır

Oruc MUSTAFAYEV

Ukraynanın ibtidai məktəb sistemində genişmiqyaslı islahatlar başlayır. Bu barədə ölkənin təhsil və elm naziri Liliya Qrineviç bildirib. Onun sözlərinə görə, islahatlara 2018-ci ildən start veriləcək. Bütün birinci sinif şagirdləri ibtidai məktəbin yeni standartı üzrə təlimə başlayacaqlar. “Standartların genişmiqyaslı tətbiqindən əvvəl 22 mindən çox müəllim yenidən hazırlanmadan keçməlidir. Hazırda bu cür müəllimlər üçün model kursunun tamamlanması, həmçinin onların təlimlərini dəstəkləyən distant vasitələrin hazırlanması üzərində iş gedir”, - deyə nazir bildirib. O, əlavə edib ki, müəllimlərin yenidən hazırlanmasının əsas mühərriki yerli orqanların rəhbərliyi altında olan diplomdansonrakı pedaqoji təhsil institutları olacaq. Nazir yeni tədris ili ərəfəsində 100-ə yaxın məktəbin yeni standartların tətbiqi üçün hazırlıq vəziyyətinə gətirildiyini deyib. Ukraynanın Nazirlər Kabineti təhsil islahatlarına planlaşdırılan müddətdə başlayacaq. Dəyişikliklərin tətbiqinə lazım olan vəsait isə həm daxili, həm də xarici mənbələrdən cəlb ediləcək, bu prosesə beynəlxalq tərəfdaşlar da dəvət olunacaq.


Qələmlə yazı beyini gücləndirir

Psixoloq alimlər bu qənaətə gəliblər ki, qələmlə yazmaq kiçik motorikanı gücləndirir, bu isə beyinin fəaliyyətinə təsir edir. Alimlər əmindirlər ki, məktəb yaşlı uşaqların qələmlərlə yazması kompüterdə mətni yığmaqdan daha faydalıdır. Hazırda Amerika məktəblərində qələm vasitəsilə məktub yazmaq bərpa olunmaqdadır. Baxmayaraq ki, hələ son dövrlərə qədər ölkənin başlıca təhsil müəssisələrində uşaqların əsas diqqətini hüsnxəttə deyil, texnologiyalara yönəldiblər. Bəzi siniflərdə isə qələmlərdən tamamilə imtina ediblər. Uşaqlara əlifbanı klaviaturanın köməyi ilə öyrədiblər. ABŞ-ıın Luiziana ştatında yaxın vaxtlarda qəbul olunacaq qanuna əsasən, ibtidai siniflərdən başlayaraq buraxılış siniflərinə qədər şagirdlərə təkrarən əllə yazmağı öyrədəcəklər. İndi pedaqoqlar şübhə etmirlər ki, hüsnxətdən imtina uşaqlarda beyinin fəaliyyətinə mənfi təsir edəcək. Tədqiqatların gedişində sübut edilib ki, əgər uşaqlar əllə yazmağa alışırlarsa, onlar nəinki daha sürətli oxumağı öyrənir, həm də asanlıqla yeni ideyalar yaradır və informasiyanı yadda saxlayırlar.
Cenevrədəki Milli Elm Mərkəzindən olan tədqiqatçı Eduard Jantas qeyd edir ki, əllə məktub yazmaq incə motorika və təlimin inkişafı üçün çox əhəmiyyətlidir. Psixoloqlara görə, qələmlə yazdıqda yaddaşın işi güclənir, danışıq fəallığının funksiyaları yaxşılaşır və fikirlər aydınlaşır.


Ən gənc nobelçi tələbə

Ən gənc Nobel mükafatı laureatı, 20 yaşlı pakistanlı insan hüquqları vəkili Malala Yusufzay Oksford Universitetində təhsilini davam etdirəcək. O, Oksford Universitetinə qəbul üçün tələb olunan “A-Level” hazırlıq proqramı üzrə imtahanları uğurla verib. Bu barədə M.Yusufzay özünün Twitter şəbəkəsindəki səhifəsində açıqlama verib. “Oksforda düşdüyümə görə necə də xoşbəxtəm! Əhsən “A-Level”-in bütün tələbələrinə”, - deyə Malala yazıb. Malala Oksford Universitetinin məzunu olmuş Pakistanın mərhum baş naziri Benazir Bhutto kimi “fəlsəfə, siyasət və iqtisadiyyat” ixtisası üzrə təhsil alacaq. Qeyd edək ki, M.Yuzufzay 2014-cü ildə Nobel mükafatına layiq görülüb. 2017-ci ildə isə BMT-nin ən gənc sülh elçisi seçilib.


Britaniya universitetlərə keçid balını aşağı salır

Bu il Böyük Britaniya universitetlərinə sənəd vermiş abituriyentlərin bəxti gətirib. Onların ali məktəblərə qəbul olmaq şansları bu qədər yüksək olmayıb. Məsələ ondadır ki, ölkənin ən aparıcı universitetləri tələbələrə ehtiyac duyduğundan abituriyentlər üçün keçid ballarını aşağı salıb. Britaniya mətbuatının yazdığına görə, ölkənin ən elitar universitetləri tələbə azlığından şikayət edir və avropalı tələbələrin sayının azalmasından narahatdır. Britaniya KİV-i qeyd edir ki, Dumanlı Albionun bəzi ali təhsil müəssisələri tələbə cəlb etmək üçün internetdə aktiv reklam kampaniyası aparır, başqaları isə pulsuz kirayə vəd edir. Beləliklə də universitetlərə sənəd verənlərin keçid balını toplamadıqları təqdirdə nufuzlu ali məktəbdə digər ixtisaslar seçmək imkanı (klirinq) yaranıb. Ekspertlərə görə, bu il universitetlərə daxil olanların görünməmiş şəkildə ixtisas və kurslar seçmək imkanı olacaq. Hazırda universitetlərdə hüquq, tibb, ingilis və riyaziyyat ixtisasları üzrə boş yerlər mövcuddur. Hətta bu ixtisaslar belə klirinq üçün əlçatandır. Qeyd edək ki, klirinq - abituriyentə seçdiyi istiqamət üçün keçid balı toplaya bilmədiyi halda Böyük Britaniya universitetinə daxil olmağa kömək edən üsuldur.


Fransa məktəbləri 4 günlük tədrisə keçir

Fransa Təhsil Nazirliyinin məlumatına əsasən, ölkənin ümumtəhsil müəssisələrinin 1/3-i yeni sistemə keçməyə hazırlaşır. Nazirlik tərəfindən dərc olunmuş sənədə əsasən məktəblərə tədris prosesinin müstəqil surətdə təşkil olunması səlahiyyəti verilir. Bu vaxta qədər kənd məktəbləri bu imkandan istifadə ediblər. Qeyd olunur ki, ölkənin ümumtəhsil sistemində başlamış islahatlardan 4 il sonra yeni tədris ilindən məktəblər 4 günlük iş həftəsinə keçəcək. “Le Figaro” nəşrinin yazdığı kimi, ölkə başçısı Emmanuel Makronun seçkiönü vədlərinə uyğun olaraq, məktəblər tədris prosesini müstəqil təşkil edə biləcəklər. Yeni tədris cədvəli artıq bu ilin sentyabrından qüvvədə olacaq.

xarici mətbuat materialları əsasında

yuxarı ⤴