1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Dərslərdə qısa videokliplərdən istifadə
08.09.2017 / No33

 

 

 


Bu zaman şagirdlərin marağı nəzərə alınmalıdır

Təranə ABBASOVA,
Bakı şəhər 240 nömrəli tam orta məktəbin ingilis dili müəllimi

Yeniləşən Azərbaycanda təhsil islahatı uğurla həyata keçirilir. Təhsil islahatının prinsiplərinə uyğun olaraq, milli və bəşəri dəyərlər əsasında yeni pedaqoji texnologiyaların tətbiq edilməsi XXI əsrin qarşıya qoyduğu zərurətdən irəli gəlir.Təhsilin keyfiyyətinin yaxşılaşdırılması, cəmiyyət üçün intellektual səviyyəsi yüksək olan şəxsiyyətlərin formalaşması - sosial-iqtisadi və mədəni inkişafin əsasını təşkil edir. Aparılan islahat işləri təhsilin keyfiyyətini yüksəltmək-yeni pedaqoji texnologiyaları öyrənib, onlardan səmərəli istifadə etməyi başlıca vəzifə kimi qarşıya qoyur. Tədris olunan fənnin məzmunundan asılı olmayaraq təlim prosesi və qurulacaq texnoloji ardıcıllıq, pedaqoji-psixoloji qanunauyğunluqlar diqqət mərkəzində saxlanılmalıdır.
Tədris planına daxil edilən hər bir fənnin şagird şəxsiyyətinin formalaşmasında, onun hərtərəfli hazırlığında mühüm rol oynayır. Əsas məsələ fənlərin tədris imkanlarını şagirdlərin idrak qabiliyyətinin inkişafına yönəltməkdir. Aşkar olunan qanunauyğunluqları təcrübəyə, məktəb həyatına tətbiq etmək müəllimin üzərinə düşür. Pedaqoji prosesdə qeyd olunan cəhətlərin həyata keçirilməsi müəllimin hərtərəfli hazırlığından birbaşa asılıdır.

Mən tez-tez düşünərdim ki, mükəmməl ingilis dili dərsimi necə qurum. Vizual texnika mənim məqsədlərimi yerinə yetirməyimə kömək etdi. Əgər siz məqsədləri bilir və faktiki olaraq onları görürsünüzsə, dəyişikliklərin həyata keçirilməsi çox asandır.
Bir neçə il bundan əvvəl Bakı şəhər 240 nömrəli tam orta məktəbdə dərs deməyə başladım. Dərslərimi ənənəvi dərs sistemində qururdum. Belə görünürdü ki, şagirdlər heç də belə dərslərə maraq göstərmir; boynuma almalı idim ki, ya mən o qədər maraqlı müəllim deyiləm, ya da, sadəcə olaraq, onları maraqlandıran aspektləri bilmirəm. Beləliklə, mən “mənim mükəmməl ingilis dili dərsim” haqqında fikirləşməyə başladım. Mən istəyirdim ki, şagirdlər mümkün qədər sinifdə sərbəst olsunlar. “Mənə qulaq asın! nəyisə öyrənin” sözlərini daha az işlətmək də pis olmazdı. Onlara təqdimatlar göstərmək, verilən tapşırıqları birlikdə, cütlərlə etmək; canlandırma - rollu oyunlar, əlbəttə, bunların hamısı onların marağına səbəb olardı. Bəli, bu mükəmməl dərs olardı.

Bu yazımda mən sinifdə qısa videokliplərdən istifadə haqqında söz açmaq istəyirəm.

Qısa videolar ilə mən mətbuat məlumatları kimi qısa kliplərə, qısa sənədli filmlərə, musiqili videolara və filmlərin treylerlərinə və s. müraciət edirəm.

Bu videolar on dəqiqədən çox davam etməməlidir. Bu kliplərdən hər şeydən əvvəl, ardıcıl istifadə etmək üçün aşağıdakı tələblərə ehtiyac duyulur:

Ya sizin sinif otağınızda onlayn resurslara girişə malik interaktiv lövhə, ya da internet vasitələri və daha yaxşı proyektor ekranı olan kompüter otağınız olmalıdır.

Əgər sizin bu vasitələrin heç birindən əyani surətdə istifadə etmək imkanınız yoxdursa, niyə şagirdlərə evdə videoya baxmağı məsləhət görməyəsiniz? Siz sadəcə onları dəqiq vebsayt ünvanına yönləndirin. Bu dərs vaxtı onlara verilən tapşırıq da ola bilər.

Şagirdlərə təbii kontekstdə ingilis dili nümayiş etdirilir. Yalnız “real adamlara” yox, onlar həmçinin real situasiyalara baxıb tanış olurlar. Məsələn, qısa sənədli filmlərə baxmaqla onlar müxtəlif mədəniyyətlərə və həyat tərzlərinə aid biliklərə yiyələnə bilərlər. Nümayiş olunan məlumat daha yaxşı mənimsənilə və yadda qala bilər.

Siz həqiqətən şagirdlərin diqqətini məzmuna cəmləşdirə bilərsiniz.

Lüğəti öyrətmək həmişə çətin olur. Videolar vasitəsi ilə lüğəti öyrətmək şansına maliksiniz. Videoda göstərilən yeni sözləri şagirdlər həm görəcək, həm də eşidəcək.

Video nümayişi dərsin qurulmasında vaxta qənaət edir. Dərsin planlaşdırılmasını asanlaşdırır. Mən ilk dəfə ağıllı lövhə ilə tanış olanda dərsi hazırlamaq üçün çox vaxt sərf edirdim. Beləliklə də mən onlayn videolardan istifadə etməklə dərsi planlaşdırmanın asan və səmərəli yolunu tapdım.

Vizual element şagirdləri stimullaşdırır. Qısa videolar şagirdlərin nümayiş etdirdiyi oxu və dinləmə vərdişlərinə yaxşı alternativdir.

Məsələn, səyahətlə bağlı nümayiş edilən videoda şagirdlər şəhərlərlə vizual olaraq tanış olur, eyni zamanda onlar haqqında qısa məlumatları oxuya bilirlər.

Texniki problemlər meydana çıxa bilər: internet əlaqəsi kəsilə bilər, elektrik enerjisi olmaya bilər. Əgər siz texniki problemlərlə üz-üzəsinizsə o zaman ehtiyatda olan təchizatınızla dərsi təşkil edə bilərsiniz
Əgər siz uzun videolardan istifadə etsəniz bu zaman şagirdlərin diqqətinin dağılmasına səbəb ola bilərsiniz. Xüsusilə də əgər siz çətin mövzulara müraciət etmisinizsə bu, mütləq onların demotivasiyasına səbəb olacaq. Çalışın dili asan və qısa videolardan istifadə edəsiniz.

Bəzi videolar məzmuna uyğun gəlməyə bilər. Bu dərs zamanı kritik bir haldır. Buna görə biz mütləq video seçimini dərsə başlamazdan əvvəl etməliyik.

Müvafiq video klipini seçmək üçün aşağıdakı yollar var.

Videonu kim seçəcək. Əgər şagirdləri video seçiminə cəlb ediriksə, bu onlarda marağın oyanmasına səbəb olur. Bu, hətta şagirdlərə sinifdənxaric iş kimi də tapşırıla bilər. Belə ki, şagirdlər özləri onlayn video klipini seçə bilər və onun haqqında danışar.

Əgər siz özünüz videonu seçirsinizsə bu zaman onun şagirdlərin yaş səviyyəsinə uyğun olmasına diqqət edin.

Videoların mövzusu mütləq məqsədəuyğun olmalıdır. Yəni dərsin mövzusunu əhatə etməlidir. Bu zaman şagirdlərin marağı mütləq nəzərə alınmalıdır.

Dərslərimizi zamanın tələbinə uyğun olaraq daha maraqlı və daha vizual etmək üçün videolardan istifadə ən yaxşı vasitələrdən biridir. Müşahidələr zamanı məlum olmuşdur ki, şagirdlər mövzuya aid videoçarxları və ya klipləri izləməyi həqiqətən səbirsizliklə gözləyir və bununla da dil vərdişlərinə daha asan yiyələnirlər.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Azərbaycan müəllimi” qəzetinin birgə keçirdiyi II yazı müsabiqəsinə təqdim olunub.

yuxarı ⤴