1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Olimpiada məşğələləri keçirilir
08.09.2017 / No33

 
 

 

 


Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyində riyaziyyat, fizika, informatika, kimya və biologiya fənləri üzrə olimpiada məşğələlərinə başlanılıb. Məşğələlər sentyabrın 11-dək davam edəcək.

Məşğələlərə 30-a yaxın bölgədən 100-dək şagird cəlb olunub. Məşğələlər gənc alim və mütəxəssislər tərəfindən aparılır. Məşğələlərdə həmçinin, beynəlxalq və respublika fənn olimpiadaları haqqında ətraflı məlumat verilir, suallar cavablandırılır.

Olimpiada məşğələlərinin keçirilməsi şagirdlər arasında beynəlxalq olimpiadalara hazırlıq işinin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elmi potensialının nümayiş etdirilməsi üçün əlverişli şəraitin yaradılması, müxtəlif müsabiqələr nəticəsində müəyyənləşdirilmiş istedadlı şagirdlərlə yeni tədris ilinə səmərəli hazırlığın həyata keçirilməsi, habelə müvafiq sahələr üzrə alim və mütəxəssislərin istedadlı gənclərlə işə cəlb olunması məqsədini daşıyır.


 

yuxarı ⤴