1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Elm xəbərləri
08.09.2017 / No33

 
 

 

 


Azərbaycan dili “Google” səsli axtarış sisteminə daxil edilib

Yusif ƏLİYEV

“Google” korporasiyası səsli axtarış sisteminə 30 yeni dil əlavə edib.

www.runews24.ru  saytının məlumatına görə, səsli axtarışda yeni dillərin sırasına Azərbaycan, gürcü, hind, urdu və s. dillər daxil edilib. Hazırda “Google”un səsli axtarış sistemi 119 dili dəstəkləyir.

Bundan əlavə, “Google” sisteminin ingilisdilli versiyasında istifadəçilər üçün səsli xidmət vasitəsilə emojiləri seçmək imkanı yaranıb.

Qeyd edək ki, “Google” axtarış sistemində müxtəlif xalqların dillərinə xüsusi diqqət yetirilir. Mütəxəssislər süni intellektə bu və ya digər dilin incəliklərini “öyrədirlər”.


Süni intellekt albom üçün musiqi yazıb



Süni intellekt tərəfindən musiqi əsərlərinin bəstələnməsi, albomların yazılması artıq reallıqdır. Belə ki, “IAMAI” musiqi albomu tamamilə elektron bəstəkar tərəfindən yazılmış musiqilərdən ibarətdir.

www.belta.by  saytının məlumatına görə, “Amper” adlı süni intellekt öncə mağaza və ofislər üçün sakit mahnılar bəstələməli idi ki, onların sahiblərinin müəlliflik hüququ ilə bağlı problemləri olmasın. Lakin sonra süni intellektin yaradıcıları bu kimi proqramların əsl mahnıların yaradılmasında faydalı ola biləcəyi barədə düşünüblər.

Müğənni Tarin Sautern ilə birgə ilk albomun çıxarılmasına qərar verilib. Sözlərin müəllifi olan müğənni həm də vokal hissələrini ifa edib. O, musiqinin tempi, ritmi və stilini seçib, süni intellekt isə saniyələr ərzində onun sözlərinə musiqi bəstələyib.

Süni intellekt ilk klipin yaradılmasında da iştirak edib. Əlbəttə, bu kompozisiyanı musiqi sənətinin şah əsəri adlandırmaq çətindir, lakin bu, yalnız başlanğıcdır.


“Microsoft” nitqin tanınması dəqiqliyi üzrə yeni rekorda imza atıb



“Microsoft” şirkəti nitqin tanınması sisteminin işindəki səhvləri 5,1 faizədək azaldaraq yeni rekorda imza atıb. Bundan öncəki göstərici 5,9 faizə bərabər idi.

Yeni texnologiya nitqi peşəkar transkribatorlar (audio və video materialları mətnə tərcümə edən şəxslər) kimi tanıyır. “Microsoft Artificial Intelligence” bölməsinin mütəxəssisləri yoxlamalar üçün “Switchboard” yazılarından istifadə ediblər. Bu, naməlum insanlar arasında müxtəlif mövzular üzrə 2400 telefon danışığından ibarət kolleksiyadır.

www.therunet.com  saytının məlumatına görə, ötən illə müqayisədə, nitqin tanınması sisteminin işində dəqiqlik 12 faiz yaxşılaşıb. Bu, akustik və dil modellərinə əsaslanan neyron şəbəkələrində dəyişikliklər nəticəsində mümkün olub. Hazırda sistem növbəti söz və ifadəni öncədən söyləmək üçün bütün söhbətin məzmunundan istifadə edir. Qeyd edək ki, “Microsoft”un nitqin tanınması sistemi “Cortana”, “Presentation Translator” və “Cognitive Services” kimi servislərin işində tətbiq olunur.

İKT.az saytının materialları əsasında

yuxarı ⤴