1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.02.2017

// 18.02.2017



Yeniyetmələr arasında kikboksinq üzrə rayon birinciliyi keçirilib
10.09.2016/№35

 

 


Sentyabrın 2-də Şərur Rayon Gənclər və İdman İdarəsinin və Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında kikboksinq üzrə Şərur rayon açıq birinciliyi keçirilib.
60 idmançının iştirak etdiyi birincilikdə Şərur rayonunun idmançıları ilə yanaşı Naxçıvan şəhərinin yeniyetmələri də təmsil olunub. Gərgin və maraqlı keçən mübarizədə İsmayıl Yaqubov, İbrahim Musayev, Nurxan Mirzəyev, Fərman Rzayev, Əhməd Rzayev, Ayhan İmranlı, Araz Hüseynzadə, Səhəd Əsədov, Zeynalabdin Musayev, Sadiq Hacıyev, Sinan Kazımov, Uğur Əliyev müvafiq çəkilərdə birinci yerlərə layiq görülüblər. Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.
 

yuxarı ⤴